Mövcud vəziyyət yeni bir dünya nizamını şərtləndirir

Koronavirus (Covid-19) pandemiyası sona çatana kimi qlobal güc dinamikasını dəyişdirə bilər. Güclü millətçi düşüncələrə söykənən qədim milli dövlətlərin önə çıxdığı bir vaxtda artıq beynəlxalq qurumlar ciddi təzyiq altındadır.

Səbəbin iki tərəfi var: birincisi ölkələrin koronavirus (Covid-19) pandemiyası ilə ayrılıqda necə mübarizə aparması, ikincisi isə qlobal institutların Çinin addımlarına və beləliklə də iqtisadi tənəzzülə təsir göstərə bilməməsidir.

Virusun yayılması qlobal xarakter daşısa da, virusaqarşı mübarizə milli xarakter daşıyır və hər bir dövlətböhranın öhdəsindən gəlmək üçün öz yollarını tapmağa məcbur olmuşdur. Siyasi baxımdandövlətlər böyük bir müharibədə vuruşmağa bənzər bir şəkildə vəziyyətin, xüsusən də çoxsaylı insan ölümünün qarşısının alınması üçün milli əzməəsaslanmışdır.

Hindistana xas

Hindistan da istisna deyil. Əgər Cənubi Koreya güclü ictimai səhiyyə şəbəkəsi ilə  koronavirusla (Covid-19) mübarizə aparırsa, Hindistan isə ictimai idarəetmə sisteminə güvənmişdir. Səhiyyə imkanlarının məhdud olması səbəbindən Hindistan virusla mübarizəsini sosial təcrid və yoluxmuşşəxslərin ünsiyyətdə olduğu insanların müəyyənləşdirilməsi ətrafında qurmuşdur. Burada üç əsas sahənin vurğulanmasına ehtiyac var. Birincisimüstəmləkə dövründən qalan bölgə idarəetmə sisteminin effektivliyinə etibar edilməsidir. Rayon magistratı, polis rəisi və rayonun baş həkimindən ibarət üçlük çölə çıxmaq qadağasının yerinə yetirilməsini həyata keçirən əsas faktordur.

İkincisi, yoluxmuş şəxslərin əlaqədə olduğu insanların polis tərəfindən intensiv şəkildə müəyyənləşdirilməsi sistemidir. Dünyanın ikinci ən çox əhalisi olan ölkədə Təbliğ Camaatı qrupu kütləsinin izlənilməsi üçün aparılan böyük səylər bu yanaşmanın ən yaxşı nümunəsidir. Əgər Hindistan bu kütlə ilə ünsiyyətdə olmuş hədsiz böyük rəqəmlərlə üzləşə bilirsə, bu Hindistanın geniş miqyaslı kütləniizləmə imkanına görədir. Bunun da başlıca səbəbison mil "last-mile" polis sistemidir.

Üçüncüsü, nisbətən daha yeni olan rayon səviyyəsindən üst səviyyədə fəlakətin idarə olunmasıquruluşudur. Bu sistem son on il ərzində təkmilləşmişdir və təbii fəlakətlərə meyilli bəzi ştatlarda daha effektiv şəkildə formalaşmişdır. Məsələn, müntəzəm olaraq siklonlarla mübarizə aparmaq məcburiyyətində qalan Odişa ştatında bu sistem olduqca yaxşı tənzimlənmişdir və ştat, bəzi digər ştatlardan daha effektiv önləyici tədbirlər həyata keçirməyə qadirdir.

Daha geniş bir səviyyədə əgər Hindistan bu çətinliyin öhdəsindən gələ bilmək iqtidarında olsa, Hindistan höküməti tez-tez tənqid olunan inzibati quruluşununmüəyyən faydalar verdiyinə inanacaqdır. Başqa sözlə, dövlət daha da güclənmişdir. Və bu, milli fərqliliklərlə əksər ölkələrdə sahib olduqlarınıqorumağın yollarını tapmaq üçün daxilə resurslara əsaslanmalı olan hökümətlər tərəfindən tətbiq olunan üsuldur. 

İndi isə Çin və onun təsiri haqqında. Bu Çinin koronavirusun (Covid-19) yayılmasına görə məsuliyyət daşıyıb-daşımaması haqqında deyil. Bu uzaqgörən olmayan bir düşüncə olardı. Əsl problem ondan ibarətdir ki, pandemiya qlobal iqtisadiyyat və onun təchizat zəncirlərinin Çindən həddindən artıq asılı olmasını üzə çıxardı. 

The world had to first deal with the economic consequences of the epidemic engulfing China. Now, when the situation has improved there, many countries are struggling to secure their medical supplies from China, which is ostensibly playing hard to get amid growing demand.

Dünya ilk öncə Çini əhatə edən epidemiyanındoğurduğu iqtisadi nəticələri həll etməlidir. Çində şəraitin yaxşılaşdığı bir vaxtda artan tələbi qarşılamaqda çətinlik çəkən bir çox ölkələr tibbi ehtiyaclarını Çindən təmin etmək üçün mübarizə aparırlar. 

Çin-asılılıq

Hər iki vəziyyətdə də ölkələr təchizat və avadanlıqdan asılı olduqları üçün Pekinə uyğun hərəkət etməli idi. Eləcə də Hindistan təcili tibbi yardım almaq üçün Çinlə hökümətlər arası razılaşma barədə fikirləşməli idi. Çinin siyasi təsiri elə oldu ki, nə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), nə də Birləşmiş Millətlər Təşkilatı (BMT) hərəkət müddətləri barədə qərar verə bilmədilər. Onlar həmçinin Pekində ortalığa çıxan pandemiyanın ilkin mərhələsində şəffaflığı təmin edə bilmədilər.

Nəticə etibarilə, Çinin səhhətinə və ya təchizatına təsir edə biləcək bir beynəlxalq arbitraj olmadığı üçün ayrı-ayrı ölkələrin hökumətlərinə sözün müstəqim mənasında yardım etmək məcburiyyətində qaldılar. Məsələn, Hindistanın fevral ayının ilk həftəsində fərdi qoruyucu vasitələr istehsal edən bir şirkəti yox idi. Lakin indi beş-altı şirkətin olduğu barədə məlumat verilir. Vəziyyət Hindistan Hökumətini avtomobil sektorunun alternativ olaraq araşdırdığı havalandırma qurğuları kimi daxili imkan yaratmağa məcbur etdi.

ABŞ da daxil olmaqla bir çox ölkələr anladılar ki, Çindən asılı olmaq pandemiyanın yayılması ilə mübarizə aparmaqda böyük əngəl törədir. Ən pisi də o oldu ki, bu vəziyyət öz ölkələrində virusa qarşı mübarizədə onların işini çox çətinləşdirdi.

Bu zəmində ölkələrin tədbir xarakterli yerli istehsalını inkişaf etdirməsi və siyasi baxımdan alternativ tədarük zəncirlərini araşdırması sadəcə ehtiyat olaraq deyil, həm də milli zərurət kimi məntiqə uyğundur. Buna görə də Hindistanın təcriddən sonra öz strategiyasına uyğun bir plan qurması və qeyd olunan daxili iqtisadi vəziyyətə müsbət təsir göstərməsi çox vacibdir.

Siyasi baxımdan, koronavirus (Covid-19)pandemiyasının yaratdığı problemlərlə üzləşən güclü bir dövlət əhali üzərində daha yaxşı məlumat toplama və nəzarət istiqamətində təkan verəcəkdir. Hindistan Dövlətinin əlaqələr qurmaq üçün araşdırma aparma təcrübəsini nəzərə alsaq, geridə durması üçün hər hansı bir səbəbi yoxdur.

Bildiyimiz kimi dünya böyük bir dəyişiklik üçün qurulmuşdur. Hindistanın təcriddən necə çıxması Hindistanın nə qədər hazır olduğunu, sisteminin effektivliyini və gələcək üçün qlobal alternativ kimi etibarlılığını nümayiş etdirəcəkdir. 

"Economic Times" Pranab Dhal Samanta

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31