47 min nəfərin icazəsi ləğv edildi

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləqv edilib.

Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31