ELÇİN BAYRAMLI- "Cəbiş müəllim demişkən hamı sağ qalacaq. Sizə söz verirəm hər şey yaxşı olacaq"
11 Aprel 2020 14:31 SosialELÇİN BAYRAMLI
Hamı yoluxacaq deyərək psixoterror həyata keçirən "həkim" və "alim"lər o qlobal mafiyanın adamlarıdır, daha çox adamın panikaya düşərək ölməsinə və qorxu imperiyasının yaradılmasına xidmət edirlər. Qorxmayın bu zəif və adi virusa heç 1 faiz də yoluxmayacaq və 0,01-də ölməyəcək. Sadəcə, qoyulmuş qaydalara əməl edin, qorunun, əhval ruhiyyənizi yüksək saxlamağa və immuniteti möhkəmləndirməyə çalışın. Süni qidalardan imtina edin təbii qidalar qəbul edin, ədviyyatlardan istifadə edin, bioloji saatla və tam qaranlıqda yatın. Ərzaq qıtlığı olmayacaq. İmkanınız varsa çətin vəziyyətdə olana kömək edin, yoxdursa imkanı olanlardan kömək istəyin. Bircə ay səbr edin hər şey bitəcək. Ən nəhayət virusla bağlı xəbərləri izləməyin. Bu vaxtdan səmərəli istifadə edin kitab oxuyun, normal kinolara, sənədli filmlərə, intellektual yarışlara baxın, şahmat oynayın, özünüzü günə verin, təmiz hava alın, gözəl xalq mahnılarına qulaq asın. Onda bu qlobal plan keçməyəcək və Cəbiş müəllim demişkən hamı sağ qalacaq. Sizə söz verirəm hər şey yaxşı olacaq.