Gələn ildən bu şəhər və rayonlarda icbari tibbi sığorta tətbiq ediləcək

"İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı" haqqında Nazirlər Kabinetinin qərarına əsasən  bu şəhər və rayonlarda gələn ilin yanvar ayından etibarən icbari tibbi sığorta tətbiq olunacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bunlar Gəncə, Naftalan və Şirvan, Qazax, Ağstafa,Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul şəhər və rayonlarıdır.

Agentlikdən bildirilib ki, Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortadan 2021-ci ilin 1 aprel tarixindən faydalana biləcəklər. İcbari tibbi sığorta yığımlarına  isə 1 yanvar 2021-ci ildən başlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31