Qəhrəman həkimlərimizi tanıyın...

Məlahət  Hümmətqızı

Tədris Cərrahiyyə klinikası. 10.04 2020. İstəyirəm insanlar, bu gün dünyanı ağuşuna alıb lərrzəyə salan koronovirus pandemiyasının həyəcanından uzaq olsun, xəstəliklə mübarizədə ilk anda ayağa qalxan, TƏBİB-in ilk çağırışında səsinə səs verən, səhiyyə ocaqlarından Tədris Cərrahiyyə Klinikasına könüllü işləməyə gələn, çəsarətli, qorxmaz həkimlərimizi hamı tanısın. Çox İstəyirəm, insanlar, hər şeyə rəğmən körpə balalarını, həyat yoldaşlarını, əzizlərini evdə qoyub, könüllü işə çıxan cəsur həkimlərimizi tanısın.

Çox istəyirəm, hər gün 8 saat ayaq üstə gecə -gündüz çalışan, hava keçirtməyən, hərəkət etmək belə çətin olan, kamufllyaj paltarda, nəfəs almaq mümkün olmayan maskada, tərləyən eynəklərdə, ikiqat əlcəklərdə, heç nədən şikayət etməyən, yorulsa belə hiss etdirməyən, üzündə həmişə təbəssüm olan, virusa yoluxan insanların qayğısına qalan qəhrəman həkimlərimizi hamı tanısın.

Çox istəyirəm, klinikanın özünün fədakar tibb personalını hamı tanısın. Terapevtlərlə bərabər burada çalışan pediatrları, :cərrahları, nervpatoloqları, kardioloqları, infeksionistləri, pulmonoloqları, lor, laboratoriya, USM, MRT, KT,-də çalışan həkimləri hamı tanısın. Bu ağır zamanda həkimlərlə bərabər çiyin-çiyinə çalışan, əziyyəti heç də onlardan az olmayan tibb bacılarını, sanitarlarları hamı tanınsın. Axı, həkimlər qədər onlar da alqışa layiqdı.

TCK -da könüllü çalışan qəhrəman həkimlərin adlarını sizə tanıtmaq istəyirəm:

Aygün Bayramova (terapevt) 11 saylı şəhər poliklinikası, Tamella Kacalova (terapevt) 11 saylı poliklinika, Püstəxanım Həmzəyeva (terapevt) 11 saylı poliklinika. Məlahət İsayeva (terapevt) 11saylı poliklinika. Hüseynova Samirə(terapevt) Qurbanova Zülfiyyə ( terapevt) Şabanova Sevinc ( terapevt). Məmmədəliyeva Gülbəniz( pediatr). Yusifova Şəfa( terapevt).

Ağayeva Abutə( nervpatoloq). Tağıyeva Reyhan( pediatr) .Aslanova Aysel(pulmonoloq)

Qasımov Rauf ( cəŕah). Ramazanova Natavan(infeksionist) Kərimov Ziya(kardioloq).

Əliyev Teyyub(cərrah). Hüseynova Afət ( pulmonoloq). Sadıqzadə Tural ( cərrah).

Osmanov Elvin (cərrah). Məmmədov Məmməd (uroloq)Məmmədova Rəna ( infeksionist) Aruxova Vəfa ( infeksionist).Rüstəmova Yasmin( kardioloq) .Nəbizadə Rauf ( neyrocərrah). Novruzov Emin (neyrocərrah)

Müseyibob Muxtar (kardioloq) Qurbanov Rüfət (lor) . Səttarov Nicat (travmatoloq).Burada mənimlə bərabər çalışan bütün həkim kolleqalarıma can sağlığı, Covid-19 virusuna qarşı mübarizədə isə əzimlə qalib gəlməyimizi arzulayıram, məncə cəsarətli, qorxmaz və qayğıkeş həkimlərimizlə fəxr etməyə dəyər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31