Ata karantin zamanı küçəyə çıxan oğlunu BELƏ CƏZALANDIRDI - VİDEO
11 Aprel 2020 06:05 SosialAta, ciddi karantin rejiminə baxmayaraq, küçəyə çıxan övladlarını polis sirenasının səsi ilə aldadıb.
Bu əyləncəli kadrlar sosial şəbəkədə paylaşılıb. Görüntüdə küçədə konki sürən uşaqlar atalarının tənbehlərinə məhəl qoymayaraq, əyləncələrinə davam edir. Bunu görən ata polis sirenasının səsi ilə onları qorxudub. Sirenanın səsini eşidən uşaqlar tez-tələsik evə qaçmağa məcbur olublar.
Sözügedən videonu təqdim edirik. (ölkə.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31