Millət vəkilindən humanist addım
10 Aprel 2020 19:37 SosialDeputat Şahin Seyidzadə talassemiyadan əziyyət çəkən pasiyentlər üçün qan verib
Milli Məclisin deputatı Şahin Seyidzadə talassemiyadan əziyyət çəkən pasiyentlər üçün qan verib. "Olaylar" xəbər verir ki, millət vəkili könüllülük əsasında qan verməklə talassemiyadan əziyyət çəkən soydaşlarımıza dəstək olub. Bu çətin günlərimizdə qan çatışmazlığından əziyyət çəkən minlərlər insan üçün hər bir donor onu həyata bağlayan bir ümid sayılır.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, virusdan qorunmaq üçün insanların daha çox evlərində qalmağa üstünlük vermələri virusa yoluxma hallarının azalması üçün vacib şərt olsa da, bu digər tərəfdən minlərlə talassemiyalı uşağa donor dəstəyinin ciddi şəkildə azalmasına səbəb olub.
Qeyd edək ki, koronavirus infeksiyasının qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməmişdir. Qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinmə! Sən də damarlarında axan qanla onların həyat qurtaran qəhrəmanı ol!