Milli Məclis əməkdaşı İŞDƏN ÇIXARILDI - Polis postundakı ŞOK HƏRƏKƏTLƏRİNƏ GÖRƏ
10 Aprel 2020 16:17 SosialMilli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov işdən çıxarılıb.Bu barədə Milli Məclisdən məlumat verilib.Bildirilib ki, bununla bağlı parlamentin Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb.Qeyd edək ki, R.Şükürov Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən uzaqlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31