Siz də hazırlayın...

Axşam.az evdə asan hazırlaya biləcəyiniz reseptlər təqdim edir:

Tadcin

Ərzaqlar:

Mal əti - 500 qr.
Kartof - 500 qr.
Lobya - 500 qr.
Pomidor - 2 ədəd
Cəfəri - 1 dəstə
Sürtgəcdən keçirilmiş soğan - 1 ədəd
Limon - yarım ədəd
Zəfəran - 1 ç/q.
Sarıkök - 1 ç/q.
Zirə - 1 ç/q.
Bitki yağı - 100 ml.
Duz və istiot zövqə görə
 
Hazırlanması:
Saxsı qaba sümüksüz, doğranmış mal ətini qoyub, üzərinə soğan, sarıkök, doğranmış pomidor düzüb, üstünə zəfəran və istiot səp. Yağ və 1 stəkan su əlavə edib, ət yumuşalana qədər vam odda bişir. Əgər suyu qurusa, əlavə edə bilərsən. Kənarda kartofu və lobyanı təmizləyib, doğra. Ət yumuşalana yaxın lobyanı yeməyə əlavə et. 10 dəqiqədən sonra isə kartofu tök. Kənarda limonun sıxıb, şirəsini çıxart, cəfərini isə xırda doğra. Yemək hazır olanda duz, cəfəri və limon şirəsini əlavə edib, 5 dəqiqə odda saxladıqdan sonra götür. Çalışın, yemək yağa "düşsün".

Qozlu qutab

Ərzaqlar:
 
Xəmir üçün:
Un - 6 st.
Yumurta - 2 ədəd
Sarıkök - 1/3 ç/q.
Duz - bir çimdik
Maya - 1 ç/q.
Su - 2 st.
Yuxaları yaymaq üçün un
 
İç üçün:
Şəkər tozu ilə qarışdırılmış qoz - 5 st.
İçliyə zövqə görə hil və vanil tökə bilərsiniz.
 
Qutabları qızartmaq üçün bitki yağı
 
Hazırlanması:
Yumurta və mayadan ibarət xəmir hazırlayıb, acıyana qədər saxla. Acıdıqdan sonra balaca kündələr edib, yuxa yay. Yayılmış yuxaları tavada azca təpid. Haxırt təpitmələri 5 sm. eninə kəs. İçərisinə qozlu qarışıqdan qoyub, üçkünc formada (şəkildəki kimi) bük. Sonra qutabları bitki yağında qızart.
 
Doldurma göbələk

Ərzaqlar:
Göbələk - 20 ədəd
Badımcan - 2 ədəd
Zeytun yağı - 4 x/q.
Qoz - 1/2 st.
Cəfəri, keşniş və şüyüd - 1/2 St.
Holland pendiri, duz və istiot zövqə görə
 
Hazırlanması:
Göbələkləri təmizləyib yuyub, başlarını ayırın. Badımcanı daı xırda doğrayıb, duzlayaraq, acısının çıxmasını gözləyin. Badımcanı yuyub sıxın və əvvəlcədən isidilmiş zeytun yağına töküb, qovurun. Soyuduqdan sonra üzərinə əzilmiş qoz, xırda doğranmış göyərti, duz və istiot əlavə edin. Göbələkləri tavaya yerləşdirib, içərisinə badımcanlı qovurmadan töküb, üzərinə rəndələnmiş Holland pendiri əlavə edin. 20 dəqiqə 180 dərəcəlik sobada bişirin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31