Mediasiya necə başlanır?

Dövlət başçısının bir müddət əvvəl ölkədə hüquqi sahədə də islahatların həyata keçiriləcəyi barədə anonsunun ilkin addımları atılır. Hər halda parlamentin son plenar iclasında "Mediasiya haqqında" qanunun müzakirəyə çıxarılması belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Milli Məcllisin plenar iclasında "Mediasiya haqqında" qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılıb və ilk oxunuşda qəbul edilib. Bəs görəsən bu nə mənanı özündə ehtiva edir və onun proseduru necə olacaq?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki. mediasiyanın mənası mübahisənin məhkəmədən kənar, danışıqlar və qarşılıqlı razılıq yolu ilə həll edilməsi deməkdir. Onun sözlərinə görə, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl və hətta məhkəmə prosesləri zamanı mediasiya hüququndan istifadə edərək, öz aralarındakı problemləri qarşılıqlı razılıq əsasında həll edə bilərlər: "Müəyyən ölkələrdə mediasiya uzun müddətdir tətbiq edilir və effekt verir. Misal üçün, Amerikada mediasiya 1970-ci ildən tətbiq edilməyə başlayıb. Mediasiya proseduru ödənişli olacaq. Mediasiya prosedurunu başlamaq üçün müqavilə imzalanmalıdır. Tərəflər arasında danışıq aparan, razılıq əldə etməyə çalışan şəxsə mediator deyilir. Qanunda mediatora dair tələblər də var : ən azı 25 yaşı olmalıdır, 3 il stajı olmalıdır, ali təhsilli olmalıdır. Düşünürəm ki, qanunun bu hissəsində boşluq var. Belə ki, mübahisə edən şəxsləri barışdırmaq və onların hüquq və vəzifələrini izah etmək vəzifələri daşıyan şəxsin hüquq təhsilli olması daha məqsədəuyğun olardı. Bu insan qanunvericiliyi bilməlidir. Çünki mediator olan şəxs mübahisə edən tərəflərin hüquqi vəziyyətinə uyğun məsləhətlər və hüquqi izahatlar verməlidir. Mediator konfedensiallığı təmin etməlidir, vətəndaşların ona bildirdiyi məlumatları yaymamalıdır".

Bəs, mediasiya qaydasında hansı məsələlər həll oluna bilər? Vəkilin sözlərinə görə,, mediasiya haqqında qanunun 3-cü maddəsində göstərilir ki, qarşılıqlı razılıqla mülki işlər və iqtisadi mübahisələr, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək mübahisələri, inzibati hüquq münasibətləri, cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələr həll oluna bilər: "Ailə mübahisələri, iqtisadi mübahisələr və əmək mübahisələrlə bağlı mediasiya proseduru zəruridir. Belə ki, bu mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən öncə mediasiya prosesindən keçməlidir. Bu işlərdə tərəflər ilk olaraq mediatora müraciət edir. Əgər tərəflər razılığa gəlsələr, barışıq sazişi imzalanır. Razılıq olmasa

- arayış verilir. Bu arayış əldə ediləndən sonra məhkəməyə müraciət etmək olar. Məhkəməyə müraciət edərəkən arayış əlavə edilməsə, ərizə baxılmamış saxlanılacaq. Misal üçün, əgər bir qadın boşanmaq istəyirsə, mütləq mediasiya prosedurunu aparmaq səlahiyyəti olan şəxsə müraciət etməlidir. Xanımın əri müdiasiya prosesinə qatılmaqdan imtina etsə və yaxud tərəflər razılığa gələ bilməsələr, mediasiya prosesini aparan şəxs tərəfindən onlara arayış verilir ki, bu şəxslər danışıq yolu ilə və qarşılıqlı razılıqla öz mübahisələrini həll edə bilmədilər. Bu arayışı alandan sonra, həmin qadın artıq məhkəməyə müraciət edə biləcək və məhkəmə onun boşanma ərizəsinə baxacaq. Cinayət işlərində və iznibati xətalara dair işlərdə mediasiya proseduru fərqlənir. Mediasiya haqqında qanun 31-ci maddəsində deyilir ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət və ya inzibati məsuliyyətindən azad edilmə mümkün olan cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsi ilə həll oluna bilər. Bu maddə onu göstərir ki, hər cinayət işi və yaxud inzibati xəta üzrə iş barışıqla və yaxud tərəflərin razılığı ilə xitam edilə bilməz. Cinayət məcəlləsində bəzi cinayətlər var ki, onların törədən şəxs zərərçəkmiş şəxslə barışdıqda, cinayət işinə xitam verilir. Cinayət məcəlləsinin 73-cü maddəsində həmin cinayətlər sadlanıb. Cinayət məcəlləsinin 73.2-ci maddəsində barışıq əsasında xitam verilən cinayət əməlləri sadalanıb 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci.Misal üçün sağlamlığa az ağır zərər vurma, qəsdən sağlamlığa yüngün zərər vurma və sair böyük ictimai təhlükə törətməyən cinayətlər. Bu katiqoriyadan olan cinayət işləri üzrə mediasiya prosesi tətbiq edilə bilər. Mediasiya proseduru zamanı tərəflər arasında razılıq əldə edilsə, mediasiya proseduruna xitam verilir və beləliklə də, mübahisə məhkəmədən kənar həll olunur. Tərəflər razılığa gəldikdən sonra barışıq sazişi imzalayırlar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31