10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Bakı şəhəri Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Bakı şəhəri Nəsimi rayonunda  silsilə tədbirlər keçirilir. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, 07 aprel 2019-cu il tarixdə rayonun mikrorayon ərazisində - Cavadxan küçəsi 40 ünvanında rayon İcra Hakimiyyəti rəhbərliyinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı  500-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31