10 milyonuncu sakininin doğulması münasibətilə Pirallahıda 500-dən çox ağac əkilib
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
8 Aprel 2019 11:49 SosialAzərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Olaylar.az xəbər verir ki, keçirilən ağacəkmə aksiyası zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib.
Sonra Pirallahı qəsəbəsində yerləşən Uşaq Parkında tədbir keçirilib. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli bildirib ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub.
Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış fləşmobla davam edib.
.jpg)
