Qapalı iclasın detalları açıqlandı

aprelin 3-də Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclası keçirilib. Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov görüşün detalları barədə məlumat verib

Məlum olduğu aprelin 3-də  Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclası keçirilib. Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov görüşün detalları barədə məlumat verib. Bildirib ki, iclasda demək olar ki, bütün məsələlərə toxunulub: "Həm Azərbaycanda insaq haqları,  həm cənab prezidentin Əfv sərəncamı, həm də məhkəmə sistemində aparılan işlər müzakirə olundu. Qeyri-dövlət təşkilatları insan haqları ilə bağlı konkret məsələlər, konkret hadisələr ətrafında fikirlərini bölüşdülər. Hətta,  konkret, adlarla bağlı açıq müzakirə aparıldı". Komitə sədri bildirib ki, bu cür görüşlərin  müntəzəm keçirilməsi qərarı verilib: "Qərara alındı ki, müntəzəm olaraq bu formatda görüşlərimizi keçirək. Əlaqələrimizi davam etdirək. Hesab edirəm ki, İşçi Qrupun iclası effektiv, səmərəli və Azərbaycanda insan haqları ilə bağlı məsələlərin inkişaf olunmasına öz mühüm töhfəsini verəcək toplantı kimi qiymətləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31