“Millət acından qırılırsa, yasa gedib görək, kim acından ölüb?” - Fotolar+Video
4 Aprel 2019 12:58 SosialYeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov "Qafqazinfo"ya verdiyi müsahibədə müxalifətin iddiaları ilə bağlı suala cavabında bildirib ki məsələ ədalətli şəkildə ortaya qoyulmalıdır. Deyirlər ki, Azərbaycanda hər şey qaradır. Millət acından qırılır. Durun, gedək görək ki, hansı yas yerində, kim acından qırılıb?! Bunu adi vətəndaş da görür ki, belə deyil. Təbii ki, problem var. Problemi görürük, onu aradan qaldırmaq üçün addımlar atılır. Elə rəqəmlər sadalayırlar ki, Azərbaycandan bu qədər pul çıxarıldı. Bu pul nədə çıxarıldı? Bir dəfə Ərdoğana 3 milyard mənimsəmə söhbətini dedilər. Dedi ki, 3 milyard pul 7 kamaz deməkdir. Bu 7 kamaz mənim evimə nə vaxt girib-çıxdı? İndi bizdə hara aparılıb, necə çıxıb, hansı yolla gedib. Onda gərək gecə-gündüz təyyarələrlə pul daşınsın. Bilirsiniz, belə yalan, mənbəyi olmayan məlumatlar ermənilərin beş manat pul verib öyrətdiyi adamlar tərəfindən yayılır. Kim hansı rəqəmi istəyirsə deyir. Azərbaycanda xalq-iqtidar birliyi var. Gənclər vətənpərvərdir. Aprel döyüşləri də göstərdi ki, insanlar daha da yüksək vətənpərvərliyə malikdir. Bütün universistetdən tələbələr hərbi komissarlığa üz tutub döyüşmək istədiklərini bildirdilər. Yaşından asılı olmayaraq bunu hər kəs dedi. Və yaxud deyirlər ki, iqtidar Qarabağ məsələsini həll etmək istəmir. Hansı iqtidar Qarabağ məsələsini həll etmək istəmir?! Azərbaycanda olmuş ən pis hökumətlər də - Vəzirov da, Mütəllimov da, Xalq Cəbhəsi də bu problemi həll etmək istəyirdilər ki, tarixdə qalsınlar. Hansı dövlət rəhbərliyi bunu həll etmək istəməz?! Cənab prezident gecə -gündüz o ölkə yoxdur ki, orada görüşlər keçirməsin. Rəhmətlik ulu öndər xəritəni götürüb ölkələrin canına düşmüşdü. O vaxt Azərbaycanı tanımırdılar. Hara gedirdisə, ümummilli lider özüylə xəritə aparırdı. Cənab prezident Avropa Şurasında, ATƏT-də, NATO-da, BMT-də ən yüksək tribunalardan Ermənistanın işğalçı, onun siyasi rəhbərliyinin cinayətkar olması barədə açıqlamalar verib. Bunlar bir dəfə də olsun bunun adını çəkməyiblər. Çünki pulu onlardan alırlar. Ayrı-ayrı təşkilatlar yaradırlar. Təşkilat ya QHT olur, ya da siyasi təşkilat. Bər-bəzəkli ad qoymaqla deyil, tərkib eynidir. Sizin xalqın adından danışmağa nə ixtiyarınız var? Azərbaycanda nə qədər problem yaranıbsa onu siz yaratmısınız. İndi güclə təmizlənib.