Bu yolda hərəkət məhdudlaşdırılacaq

5 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq 4 aprel tarixindən 5 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR" Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki,  hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Ordubadi küçəsi ilə kəsişməsində yerləşən dairədən Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 5 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31