Beynəlxalq olimpiadalara hazırlıq üçün mütəxəssislər Azərbaycana gəlib
Şagirdlərimizin Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesini təkmilləşdirmək məqsədilə Rusiya Federasiyasından mütəxəssislər dəvət olunub
4 Aprel 2019 11:21 SosialŞagirdlərimizin Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesini təkmilləşdirmək məqsədilə Rusiya Federasiyasından mütəxəssislər dəvət olunub. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, həmin mütəxəssislər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları Maksim Kozlov və Yuriy Andreyevdir.
Martın 25-dən başlayan dərslər aprelin 7-dən davam edəcək. Dərslərdə kimya fənni üzrə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin müxtəlif ümumtəhsil məktəblərindən olan dinləyiciləri iştirak edir, bilik və bacarıqlarını artırırlar.
Qeyd edək ki, kimya fənni üzrə milli komandamız 21-27 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək.
Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.