Bakıda QƏZA: Təcili yardım maşını yoldan çıxaraq dirəyə çırpıldı - FOTO
3 Aprel 2019 17:54 SosialBakıda təcili tibbi yardım avtomobili qəza törədib.
Hadisə bu gün Ziya Bünyadov prospektində baş verib. Şahidlərin sözlərinə görə, təcili yardım avtomobili işıqforun qırmızı işığında keçmək istəyərkən minik maşını ilə toqquşub, sonra dirəyə çırpılıb.
Səhiyyə Nazirlyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qəzada xəsarət alan olmayıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31