Əjdər Ol mühazirə söylədi – “Nəsimini niyə sevirik”
jdər Olun mühazirəsi təşkil olunub.
3 Aprel 2019 17:33 SosialAprelin 3- də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda şair, yazıçı Əjdər Olun mühazirəsi təşkil olunub.
Olaylar.az bildirir ki, tədbirdə gənc yazarla yanaşı, bir çox tanınmış şair, yazıçı və tərcüməçilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rəşad Məçid bildirdi ki, Nəsimi ili çərçivəsində təşkil olunan "Nəsimini niyə sevirik" ədəbi mühazirənin məqsədi diqqəti Azərbaycan klassikinin üzərinə cəmləməkdi. Daha sonra çıxış edən Əjdər Ol hər kəsi salamladı: "Alim, yazar, şair haqqında verilən qərarlarda məqsəd diqqəti onların üzərinə yönəltməkdi. Cənab prezidentin sərəncamının Nəsiminin müəyyən qədər tanınmasında böyük rolu var. Nəsimi digər klassiklərlə müqayisədə çətin anlaşılan, çətin dərk olunandı. Təbii ki, bu işdə təşkil olunan tədbirlərin də əhəmiyyəti böyükdür. Mənim mühazirəmin məqsədi Nəsiminin kütləvi baxımdan anlaşılmasıdı. Nəsimini sona qədər dərk etmək, anlamaq mümkün deyil". Mühazirə zaman ADMİU-nin Nəsiminin 650 illiyi ilə bağlı təşkil etdiyi qiraət müsabiqəsinin qalib və laureatı, xalq artisti Ağalar Bayramov Nəsiminin qəzəllərini ifa etdi.
Sonda mühazirə iştirakçıların müzakirələri ilə davam etdi.