Milli Şura və müsavatın mitinq müraciətinə cavab verildi - Rəsmi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
3 Aprel 2019 17:09 SosialBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-də, saat 15:00-dan saat 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.
teleqraf