Ağstafada III regional forum keçiriləcək
3 Aprel 2019 14:57 SosialAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə 6 aprel 2019-cu il tarixində Ağstafa rayonunda region sahibkarları və bir sıra dövlət qurumlarının iştirakı ilə "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda III regional forumun keçirilməsi planlaşdırılır. Konfederasiyadan "Olaylar"a bildirilib ki, Forumda Ağstafa rayon İcra hakimiyyəti, Qazax rayon İcra hakimiyyəti, Tovuz rayon İcra hakimiyyəti, AR İqtisadiyyat Nazirliyi, AR Vergilər Nazirliyi, AR Kənd Təsərrüfatı Nazirliyi, AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AR Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Forumda baş tutacaq "Regionlarda kiçik və orta biznesin inkişafında dövlət mexanizminin icrası" və "Dövlət - özəl dialoqu" adlı panellərdə qeyd olunan dövlət qurumları tərəfindən bir sıra təqdimatlar nümayiş etdiriləcək və sahibkarların fəaliyyət istiqamətləri ilə bağlı sualları aidiyyatı olaraq cavablandırılacaq.