Şərurun Yengicə kəndinin tarixi
3 Aprel 2019 13:53 Sosial
Osmanlı dövlətinin 1727-ci ildə tərtib edilmiş "Müfəssəl vergilər dəftərində" adı keçən "Qazançılar kəndi", sözündən sonra mötərizə içərisində belə bir qeyd də var: ..."(bir başqa adı da Yengicədir)". Bu dəftərdə Şərur-Dərələyəz mahalında olan kəndlərin ayrı-ayrılıqda verəcəkləri illik verginin məbləği yazılıb. Hələ o zaman böyük yaşayış məskəni olan Qazançılar (Yengicə) kəndi mahaldakı kəndlər siyahısında ən çox-hər il 38000 axca vergi ödəyirdi. Nə üçün bu kəndin iki adı var idi və nə üçün ən çox vergi ödəyən kənd olub? Bu suallara cavab tapmaq o qədər də asan olmamışdı. Əvvəlcə mən internetdəki dostlarımdan yuxarıda adı çəkilən "Müfəssəl vergilər dəftərini" öz elektron səhifəmə yüklədim, sonra da ondan istifadə edərək öyrəndim ki, bu gün Yengicə kimi tanıdığımız kəndin əvvəlki adı hələ 300 il bundan əvvəl Qazançılar olub. Çox qədim zamanlardan Şərur yaylasındakı bütün kəndlərdə olduğu kimi bu kənddə də əhali heyvandarlıq və əkinçiliklə yanaşı baramaçılıqla və ipəkçiliklə də məşğul olmuşdular. Baramaçılıq Yengicə kəndində o qədər inkişaf etmişdi ki, XX yüzilliyin 60-cı illərinə qədər Şərur yaylasında olan kəndlərin baramaçıları yetişdirdikləri baramanı gətirərək yalnız Yengicə kəndində olan Barama qəbulu məntəqəsinə təhvil verərdilər. "Baramanı iri mis qazanlarda suda qaynadar, bu zaman baramalardan açılan ipək sapların görünən ucu bənnaxlar adlanan ustalar tərəfindən tutularaq kənarda oturmuş qadınlara verilər, onlar isə ipək sapları yumaq şəklində sarıyaraq toxuculara xammal kimi satarmışlar. İri qazanlarda qaynadılaraq baramadan açılan ipin ucunu tutmaq üçün istifadə olunan aləti qamışdan düzəldərmişlər. Bunları mənə 2008-ci ildə Yengicə kənd sakini, uzun müddət ibtidai sinif müəllimi işləmiş 87 yaşlı Yusif Nəbiyev danışmışdır. Onun dediyinə görə Yengicədə ipək sap təkcə xammal kimi satılmamışdır, ondan həm də toxuculuqda da istifadə etmişdilər. Bəzən bir neçə toxucu qadın bir araya gələrək ipək xalça da toxuyardılar. Belə xalçanı toxumaq çox uzun zaman tələb edərdi. Bu növ xalça sonralar "Qabelen" adı altında Fransada da istehsal olunmağa başladı. Yusif müəllimin 116 il yaşamış nənəsinə istinadən dediyinə görə, ipəkçilik sənətini buraya Kitaydan köçüb gələrkən onların ulu babaları özlərilə gətirmişdilər. Bu zaman mən Yusif müəllimin "Kitaydan" sözünə düzəliş vermək məqsədiylə "Kitaydan yox Çindən" dedim. O da mənə: Nənəm "Çin" sözünü işlətməzdi, həmişə "Kitay" deyərdi. İndi tarixçilərimiz və etnoqraflarımız deyər, bizim coğrafiyamızı Kitaydan, hələ Çin xanədanlığı yaranmamışdan çox-çox öncə gələn türk tayfaları məskunlaşdırmışlar.
Nəhayət bu qədər geniş və uzun söz arasından sonra "Müfəssəl vergilər dəftərindən" aldığım məlumatları yazmağa davam edirəm.Verginin çox hissəsi bənnaxlardan, dəyirmanlardan, əkin və məzrələrdən (biçənəklərdən), şirniyyat ustalarından, dükanlardan və s. tutulurdu. Bu siyahıda hamamların da adı çəkilirdi. Buradan da məlum olur ki, Yengicə kəndindəki bu gün təmir olunmuş hamamın təqribən 300 illik bir tarixi var.
Araz və Doğu Arpa çaylarının adlarının mənşəyini araşdırarkən çox sensasyon bir hadisə ilə qarşılaşdım. Mən, ümumiyyətlə, coğrafi adların mənşəyini və mənasını tapmaq üçün linqivistik yanaşıma daha çox yer verirəm. Məsələn, götürürəm "Araz" sözünü, görürəm ki, çay adı olan bu söz iki qalın hecalı bir sözdür. Birinci "Ar" hecasının mənası hələ bəlli deyil, amma ikinci heca "az" türkcədir və "çox olmayan, yəni az" anlamına gəlir. Artiq məlum olur ki, Araz sözündəki birinci iki səs heca olmaqla bərabər həm də suya və bu çaya aid olan bir sözdür. Bu günə qədər "Araz" sözünün etimologiyasını, mənşəyini araşdırarkən, ona ya Türkiyə türkcəsində işlədilən "Aras", ya da İranda işlədilən və fars dilinə uyğunlaşdırılaraq "Ərəs" kimi səslənən bir söz kimi baxmışlar, bununla da bir neçə variyantda olsa belə aldıqları nətcəni həqiqət kimi xalqımıza təqdim etmişlər. Yəni çayın türkçə adındakı "as" hecasını götürərək, onun "as" tayfalarının dilində olduğunu və yaxud fars variyantını götürərək türkcə olan "ərəs" sözündən alındığını, yəni "az əsgər" anlamına gəldiyini iddia etmişlər. Yerı gəlmişkən qeyd etmək lazımdır ki, "Arbatan" (Şərur yaylasında kənd adıdır-H.S.) sözünü də "Ər batan" kimi götürərək, onu da "Əsgər, döyüşçü batan" mənasında olduğunu yazmışlar. Araz çayının Türkiyə türkcəsi variyantında "Ar" atılmış, yalnız "As" əsas götürülmüş, farsca variyanında isə "Ər" götürülmüş, "əs" atılmışdır. "Arbatan" sözü də saxtalaşdırılmışdır, yəni "Ar" sözü "Ər" kimi götürülmüşdür. Mən isə "Ar" sözünün etimologiyasını, mənşəyini "Arpa" sozünün mənasını tapandan sonra bildim. Türkiyə Respublikasının Bursa vilayətində "Qayapa" (şəlalə adıdır), "Müfəssəl vergilər dəftərində" Həmzəli kəndinə aid Kərəpa məzrəsi (biçənəyi) və nəhayət, hamımıza məlum çay adı olan Arpa sözü. Qayapa iki komponentli sözdür: 1. Qaya-Dağlardakı iri sal daş anlamındadır. 2. Pa-Qədim türklərdə su anlamındadır. Oğuz Xan öz ordusu ilə yürüyüşdə olarkən indi Ural adlanan çaya rast gəlir və heyrətlə deyir: "Ur-A-Pa"(anlamı:"Ur-çatdıq, A-Duru, Pa-suya, çaya, yəni ("Çatdıq duru sulu çaya") Burada Pa sözünün iki anlamı vardır: Su və Çay. Kərəpa sözü də iki komponentlidir.1.Kərə-"Kərəqulaq keçi"sözundəki yarımçıq qulağı olan keçi, yəni keçinin qulağı var, lakin sallaq deyil, görünür bu bulağın adındakı "kərə" yarımçıq anlamındadır. 2. Pa-artıq bilirik ki,"Su" anlamındadır. Kərəpa biçənəyi (məzrəsi) Həmzəlilərə aid olduğu üçün, onlar hər ilin İyun ayında gəlib, qışa hazırlıq məqsədilə özlərinə ot tədarükü edərdilər. Burada yalnız bir bulaq var, onun suyu da İyun ayından sonra ta yağışlar mövsümünədək quruyardı. Bu isə o deməkdir ki, bulaq yarımçıqdır, yəni yay fəslində bulağın suyu quruyur. Ona görə də bulağın adı qədim türklərdə Kərəpa olmuş, biçənək də bu bulağın adını daşıyaraq, bu günə qədər Kərəpa məzrəsi (biçənəyi) adlanır. Əlbəttə, məzrə sözü ərəbcədir-cəm halında məzyardır və qışa mal-davar üçün ot hazırlığı məqsədilə nəzərdə tutulmuş sahəyə verilən addır, ərəb sözüdür. . Artıq anlaşıldı ki, Arpa və Araz sözlərindəki birinci komponent olan "Ar" heca deyil, ayrı-ayrılıqda sərbəst işlənən, həm də bu gün bizim və digər türk dillərində fəal işlənən sözlərdən biridir. Aşağıda "Ar" ilə başlayan sırf türk kökənli sözlərdən bir neçəsini örnək olaraq görsədirəm:
Arpa-Şərur yaylasında çay adıdır, Duru sulu çay anlamındadır.
Araz-Türkiyə və Azərbaycan ərazilərindən keçən çay adıdır, çox nadir hallarda (yay aylarında suyu duru olur) və az bir sürə duru su ilə axan çay anlamındadır.
Arıtlamaq-Bir şeyi arıtlayaraq təmizləmək, suya aiddirsə durultmaq anlamındadır.
Araşdırmaq-Analiz edərək, hər hansı bir məsələdə həqiqəti, doğrunu, təmizi tapmaq anlamındadır.
Arı-Çiçəklərin nektarını toplayaraq bala çevirən və uçan həşəratdır.
Ari-1. Göy üzündən, səmadan Yer üzünə ilk endirilmiş, nazil olunduğuna görə türklərə verilən addır: "Arilər", yəni qanı ən saf olan insanlar. 2. İslamdan öncə xristian olmuş Azəri türklərində Tanrıya verilən qutsal tituldur: Onlar "Arim mənim", "Safım mənim", "Rəbbim mənim" sözlərilə Tanrıya dua etməyə başlayardılar.
Məncə bu siyahıya həm də "Ararat" sözünü əlavə etmək lap yerinə düşərdi. Kim inciyər, qoy incisin. "Ararat" sözü sırf türk kökənli sözdür. Bu söz üç komponentdən ibarətdir.1. Ar, 2. Ar-hər iki söz saf, təmiz və kutsal (müqəddəs) anlamını daşıyır. Səbəbi də odur ki, prototürklər dünyada ilk təkallahlılıq dini olan Tanrıçılq dinini yaradaraq, ona iman gətirmişdilər. Bu ilahinin adı Göy Tanrısıdır, ( yəni Səma Tanrısıdır). Qədim türklər inanırdılar ki, nə qədər hündür dağ varsa o dağ qutsaldır, yəni nə qədər hündür dağ zirvəsinə çıxsaq, bir o qədər Göy Tanrısına yaxın olarıq, Göy Tanrısı da bizim dualarımızı tez eşidər və qəbul edər. Türklərin ilk belə qutsal, yəni ari ziyarətgahı Hindistandakı Himalay dağlarının yüksək zirvələrindən biri olan Kaylas dağı olmuşdur. Hacı (Adji) Murada görə "kilsə" sözü də Kaylas dağının adından götürülmüşdür. Ararat sözündəki iki dəfə təkrar olunan "ar-ar" sözləri də burada iki ari, iki qutsal anlamındadır.3-cü komponent olan "At" sözü isə yenə qədim türklərdə "Dağ" anlamındadır. Buradan da anlaşılır ki, qədim türkcəmizdə "Ararat" sözü iki qutsal, ari dağ deməkdir. Oxucu buraya qədər yazdıqlarımı oxudusa, indi nə üçün Qazançılar kəndinin adı sonralar dəyişdirilərək Yengicə olmuşdur sualına cavab verə bilərik. Bu sualın cavabı Doğu Arpa çayının törətdiyi fəsadlardadır. Bir neçə min il bundan öncə Doğu Arpa çayı uzun müddət Dizə kəndi ilə indiki Oğlanqala (300 il bundan öncə bu kəndin adı "Müfəssəl vergilər dəftərində" Oğlanşah kimi keçir) kəndinin arasındakı dar bir boğazdan keçərək, xalq arasında Balıqlı adlanan azacıq çuxur yerə girdikdən sonra, oradan Qazançılar kəndinin ərazisində bir neçə dəfə dolanıb keçmiş və Xələc kəndi ilə Alşar kəndinin arasından axaraq, Araz çayına tökülmüşdü. Bu məcrası ilə axarkən, qəflətən gələn güclü sel Qazançılar kəndini dağıtmış və ağır fəlakətlər törətmişdi. Sel o qədər güclü olmuşdu ki, öz yatağına sığmayan Doğu Arpa çayı nəticədə Dizə kəndi ərazisindəki dar boğazdan keçərkən öz yatağının dibini yuyub, dərinə salmış və elə bu səbəbdən də çay birinci mərasını tərk etmiş, özünə ikinci məcra açaraq, oradan axmağa başlamışdı. Sonralar dar boğaz adlandırdığımız yerdə Doğu Arpa çayı üzərindən körpü salınmışdı. Bu güclü sel Qazançılar kəndini yuyub, apararaq onu xarabalığa çevirir. Kəndin sağ qalan sakinləri isə seldən qurtulmaq üçün Arpa çayının sol sahilində indiki Şərur şəhərindən başlayaraq Xələc kəndi istiqamətilə ta Araz çayına qədər uzanan yamacda özlərinə sığınacaq tapmışdılar. Yamacın eni yuxarıdan bir neçə yüz metr, aşağıda isə Xələc kəndinə yaxınlaşdıqca daralaraq, yox dərəcəsinə çatır. Qazançılar kəndinin seldən qurtulan sakinləri bu yamacın indiki Şərur şəhərindən başlayaraq, ta Xələc kəndinə təqribən 1 km qalana qədərki sahəsi boyunca yenidən özlərinə bir kənd salmış və ona öz aralarında qeyri rəsmi olaraq, Yengicə adını vermişlər. Lakin rəsmi sənədlərdə onun Qazançılar olan ilkin adı uzun zaman olduğu kimi saxlanılmışdı. Yeni salınmış kəndin ortasından quzeydən güneyə doğru uzun bir küçə və küçənin sağ və sol boyunca nizamla, sanki əvvəlcədən hazırlanmış plana uyğun olaraq salınmış kimi görünən yaşayış binaları tikilmişdir. Bu küçənin adı o vaxtdan bu günə qədər Uzun küçə, kəndin adı isə Yengicə (Yenicə tikilmiş, təzə salınmış) kəndi adlanır. İndi (İyun 2018-ci il) Yengicə bir neçə dəfə böyümüş, 1993-cü ildən, yəni Naxçıvan Muxtar Respublikasında mərhum Heydər Əliyevin rəhbərliyi dönəminin başladığı gündən ta bu günə gədər Şərur yaylasındakı başqa yaşayış məskənləri kimi Yengicə kəndi də abadlaşdırılaraq bir şəhər şəklini almışdır. Nəticədə Şərur-Dərələyəz mahalının ən böyük yaşayış məskəni olmuş Yengicə kəndi daha da böyümüş və Şərur şəhərinə birləşmişdir, əhalisinin sayı artmış, 2018 -ci ildə 5000 nəfəri keçmişdir. Yengicə kəndi Şərur yaylasında əhalisinin sayına görə Şərur şəhərindən (Əhalisinin sayı 6700 nəfər) və Sədərək kəndindən sonra üçüncü, böyük yaşayış məskənidir. 2018-ci ilin İyun ayında kəndə içməli su kəməri çəkilib, istifadəyə verilmiş, 2010-cu ildən kəndin mərkəzində yeni məktəb, klininka, inzibati və məişət binaları, kəndin 500 ildən artıq tarixi olan Böyük məscidin və 300 ildən artıq tarixi olan hamamın binaları bərpa olunaraq kənd əhalisinin istifadəsinə verilmişdir.


Kəndin küçələrinin çınqıllanaraq abadlaşdırılması, onların da yaxın gələcəkdə asfaltlaşdırılacağına zəmin yaratmışdır. Yuxarıda verdiyim foto şəkillər isə mənim yazdıqlarımın doğru olduğunu sübut edir. Şəkil 1. Yengicədə İnzibati bina, 2.Yengicədə məktəb binası, 3. Klinika binası, 4. Məişət otaqları və dükanların yerləşdiyi bina, Təmir olunmuş Böyuk məscidin və həyətində ona aid olan dini ayinlər üçün yardımçı binalar, 5. Bərpa olunmuş qədim Hamamın binası. Şərur şəhərindən başlayaraq ta Yengicə kəndinə qədər 15-17 m eni, uzunluğu isə 2 km-ə yaxın, hər iki tərəfində trotuarı və işıqlandırılmış müasir, Avropa standartlarına uyğun asfalt yolu çəkilmişdir. Bu yolun davamı olaraq yalnız Yengicənin mərkəzindən sağa quzeyə doğru-Salahabad, Şəhriyar, oradan Axamət, Kərimbəyli yolları, Yengicənin mərkəzindən batıya doğru-Muğanlı, Qorçulu yolları və yenə Yengicənin mərkəzindən doğuya tərəf-Alşar, Xələc yolları da yenidən asfaltlandırılmışdır. Yəqin ki, yaxın gələcəkdə Yengicədən 1,5 km məsafəlik doğuda yerləşən ən yaxın qonşu Çomaxtur kədinə gedən yoluna da asfalt döşənəcəkdir.
Yengicənin tarixi əlbətdə Qazançılar kəndi tarixinin davamıdır, onların fərqi yalnız adlarındadır və Şərur-Dərələyəz mahalının qədim və çoxsayılı əhalisi olan kəndlərindən biri olmuşdur. Yengicə kəndində yaranma tarixi məlum olmayan, uzunluğu təqribən 500 metr olan bir çarşı bazarı, (yəni üstü örtülü bazar) var imiş. XX yüzilliyin 50-ci illərinə qədər çarşı bazarının qalıqlarından şirniyatı özü istehsal edən və satan dükan, xəz dəri və əhalidən iri və kiçik buynuzlu malların dərisinin tədarükü arteli, dabbaxxana, alış-veriş dükkanlarının vaxtilə işğalçı erməni quldurları tərəfindən qarət edildikdən sonra yalnız xarabalıqları qalmışdı. Bazarın batı arxasına bitişik karvansara, burada qonşu ölkələrdən müxtəlif çeşid mallar gətirən tacirlərin dincəlməsi üçün qonaq otaqları, onların atları üçün tövlə, dəvələri üçün eyvan var idi. XX yüzilliyin 60-cı illərində çarşı bazarı təmiz dağıldıqdan sonra karvansaranın həyəti artıq şəxsi ev kimi istifadəyə verilmişdi. İndi karvansaranın yerində iki yeni şəxsi yaşayış binası tikilmişdir. Çox qədim zamanlarda başqa ölkələrdən gələn tacirlər özlərilə gətirdikləri malları yerli tacirlərə satdıqdan sonra, öz ölkələrinə aparmaq üçün isə onlardan ipək parça, ipək xalça (Qabelen), ipək sap, yerli kənd təsərrüfatları malları ilə bərabər Naxçıvandan satmaq üçün gətirilmiş daş duz da alarmışlar. O zamanlar çarşı bazarı bir İstanbulda, bir də Yengicədə imiş. Elə buna görədir ki, xalq arasında Yengicənin bir adını da Bala İstanbul, yəni Kiçik İstanbul qoymuşdular. Vaxtilə Yengicədə çoxlu bəy tayfaları var idi və onlar ətraf kəndlərin bəylərindən çox dövlətli olmuşdular. Çünki onlar təkcə heyvandarlıq, əkinçilik və ipəkçiliklə deyil, həm də çarşı bazarında ticarətlə də məşğul olurdular. Buradan da məlum olur ki,Yengicə kəndi, demək olar ki, Şərqin qapısında yerləşdiyinə görə ipək yolu oradan keçmişdir. Yengicə öz çarşı bazarı ilə qonşu Bizans, İraq, İran, Suriyə və bir çox digər xarici ölkələrdə nəinki tanınmış, hətta onlarla uzun müddət sabit ticarət münasibətlərində də olmuşdur.
Yengicə kəndi Sovet dönəmində də qəza mərkəzi olmuş və Şərur-Dərələyəz mahalının qeyri-rəsmi mərkəzi kimi tanınmışdır. Mərhum atam Əliyev Hüseyin Abdulla oğlu isə Sovet dönəminin ilk günündən-1924-cü ildən ta kollektivləşmə hərəkatının başlandığı bir günə qədər-1935-ci ilə qədər on bir il bu qəzanın idarəetmə orqanının sədri olmuşdur. 1935-ci il dekabr ayının sonlarında ona Yengicə kəndində kollektiv (kooperativ) təsərrüfatının (Çox vaxt onu Artel də adlandırırdılar-H.S.) yaradılması və ona rəhbərlik vəzifəsi tapşırılır (Ailəmizin arxiv sənədlərindən-H.S.). Sonralar bu kollektiv təsərrüfatlar rusca və ixtisarla "kollektivnoye xozyaystvo"-kolxoz" adlanmışdır. Kollektivləşmənin ilkin dövründə bir neçə ətraf kəndlər Yengicə kəndindəki kolxozun tərkibində olmuşdu və o zaman bu təsərrüfat "Sosializm", 1950 - ci illərin başlanğıcında isə Jdanov adına kolxoz kimi fəaliyyət görsədirdi. 1947-ci ildə bu kolxoz Azərbaycan SSR-də ilk millioner kolxozu olur və bu münasibətlə atamın adına SSRİ-nin ən yüksək iki ordeni olan "Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduz" ordeni və "Lenin Ordeni" vəsiqələri Moskvadan sahibinə təqdim olunması üçün Azərbaycana göndərilir. Azərbaycan Ali Sovetinin nümayəndəsi Naxçıvana gəlir və bu münasibətlə atamı da oraya çağırırlar. Bu zaman çox maraqlı bir hadisə baş verir. Atam hər iki ordendən imtina edir, səbəbini isə belə anladır: Tamam Əliyevanın əri Böyük Vətən müharibəsində həlak olduğu üçün iki körpə uşağını dolandıra bilmir, o həm də təmbəl və fiziki cəhətdən zəif bir qadındır. Əgər "Qızıl Ulduz" ordeni ona verilsə, ayda 1000 manat alar və kiçik uşaqlarını da dolandıra bilər. Atamın bu sözü yuxarıdan gələnlərin xoşuna gəlir. Onlar Moskva ilə razılığa gəlirlər ki,"Qızıl Ulduz" ordenini Tamam Əliyevaya, "Lenin Ordenini" isə atama versinlər. Beləliklə 1947-ci ildə Tamam Əliyeva Azərbaycanda "Qızıl Ulduz" ordeni alan ilk qadın əmək qəhrəmanlarından biri olur. Beləliklə 25 yaşında ikən 11 il Yengicə qəzasının sədri, 20 il Yengicədə "Sosializm" kolxozunun sədri, iki il Şəhriyarda " Kalinin" adına, iki il də Çomartılda "1 May" kolxozlarınn sədri olmuşdur. Eyni zamanda Naxçıvan Ali Sovetininn deputatı, həm də paralel olaraq 22 il ara vermədən Naxçıvan Vilayət Partiya komitəsinin Pleniumunun üzvü olmuşdur. Elə buna görədə 1967-ci ildən ta ömrünün axırınadək-1973-cü ilədək Naxçıvan MSSR-nin fərdi (personal) təqaüdçüsü olmuşdur.
Naxçıvan MR Mərkəzi arxivindəki sənədlərdən məlum olur ki,1929-cu ildə Sovetlər dönəmindəYengicə kəndində "Köy Birliyi"adlı bir bank açılır. Bu gün ömrünün 81-ci ilini yaşayan, 1929-ci ildə Yengicə kənd orta məktəbini "Əla" qiymətlərlə bitirmiş, indi fəlsəfə üzrə Filologiya elmlər Doktoru Əjdər Tağı oğlu İsmayılovun atası Tağı İsmayılov bu banka müdür təyin olunur. "Köy birliyi" bankının vəzifəsi kənd təsərrüfatını inkişaf etdirmək üçün yerlərdə kəndlilərə subsidiyalar vermək olmuşdu. "Köy Birliyi" bankı fəaliyyət görsədəndə atam hələ Yengicə kəndində qəza mərkəzinin sədri idi. Bir ildən sonra-1930-cu ildə bu bankın adı dəyişdirilərək,"Mərkəzi kənd təsərüfat bankı" oldu. Bu da o deməkdir ki, Yengicə regionda misli bərabəri görunməyən, analogu olmayan başga kəndlərdən fərqlənən bir kənd olmuşdur. Mərkəzi dövlətin Yengicə kəndinə olan rəğbəti, diqqəti, yuxarıda sadaladığım bu qədər idarə və müəssisələrin yerləşdirilməsi Yengicənin Şərur-Dərələyəz mahalında aparıcı, idarəedici bir rol oynadığını görsədir. Bu günkü Şərur şəhəri də Yengicənin Sovet dönəmindən sonra kəndi tərk edərək repressiyadan qaçmış, mahalın ən varlı, dövlətli bəylərindən biri olan Məşdələsgər Bəy Həmzəyevə məxsus olmuş ərazilərdə salınmışdır. Deyilənə görə Yengicədə Talıbxanlı adlı bir xan tayfası da yaşamışdı. O xanın yaşadığı ev dağılmışdısa da onun bağçası indidə də "Xan bağı" adlanır. Bu xanın törəmələrindən çoxu Sovet dönəmində represiyadan xilas olmaq üçün yaxın xarici ölkələrə qaçmışlarsa da, bəziləri Sabirabada köçmüş və indi də orada yaşayırlar. Yengicədəki dabbaxxana da XX yüzilliyin 50-ci illərində artıq fəaliyyətini dayandırmışdı.
Çar Rusiyası dönəmində Yengicə uzun müddət qəza mərkəzi olmuşdur. 1881-ci ildə yerlərdə milli dillərdə heç olmasa yazıb-oxumağı bacaranlara dövlət idarələrində ehtiyac olduğu üçün "Rus olmayanlara aid məktəblərin açılmasına" icazə verilir. (Bax: Fəxrəddin Cəfərov, Zülfiyyə İsmayılova,"Naxçıvan məktəbinin tarixindən səhifələr") Bu məqsədlə 1882-ci ildə Azərbaycanın (indi Ermənistan adlanan) Zəngibasar bölgəsinin Uluxanlı kəndində (indi ermənilər oranın adnı dəyişərək, Masis qoymuşlar-H.S.), Naxçıvanın Kərimbəyli kəndində və Şərur-Dərələyəz mahalının Yengicə kəndində məktəblər açılır.
1882-ci ildə Yengicə kəndində məktəbin açılması üçün bina axtarırlar, bu zaman elmin, savadın qiymətini bilən Yengicənin ən varlı bəyi Məşdələsgər Bəy Həmzəyev öz şəxsi mülkündən geniş torpaq sahəsilə birlikdə ikiotaqlı binasını məktəb kimi istifadə etmək üçün təmənnasız olaraq, yerli dövlətə bağışlayır. Əlavə olaraq Məşdələsgər Bəy kəndin digər bəylərindən də ianə toplayaraq kənd ictimaiyətinin könüllü iməciliyi ilə bu ikiotaqlı binanı təmir edirlər, yeni məktəbi lazımi mebellə təmin edirlər. Artıq, 1882-ci ilin sentyabr ayında Şərur Dərələyəz mahalının ilk ikisinifli məktəbinin açılışını elan edirlər. Bu məktəbin ilk adını isə Yengicə ictimaiyyət məktəbi qoymuşlar. Sonradan bugünkü Şərur yaylasının aşağıdakı kəndlərində bir-birinin ardınca məktəblər açılmağa başlayır:
- BaşNoraşen (Cəlilkənd) kəndində 1885-ci ildə
- Şahtaxtı kəndində 1888-ci ildə.
- Aralıq kəndində 1905-ci ildə.
-Ulya-Noraşen (indiki Oğlanqala) və Dərvişlər kəndlərində 1906-cı ildə.
-Şəhriyar kəndində 1908-ci ildə.
-Siya(h)qut kəndində (qədim adı Qaraqut) 1911-ci ildə.
-Zeyvə kəndində 1914-cü ildə və s. (Bax: Fəxrəddin Cəfərov, Zülfiyyə İsmayılova,"Naxçıvan məktəbinin tarixindən səhifələr").
Təqribən 300 il bundan öncə Şahtaxtı kəndindəki adı bizə məlum olmayan varlı bir bəyin arvadı Tovuz xanım xeyriyyəçilik məqsədilə Şərurun üç böyük kəndində hamam tikdirməyi qərara alır və bunlardan birini Şahtaxtında, birini Yengicədə və o birisini də Dəmirçidə tikdirir.(Bax: Z.Bünyadov və Karamanoğlu tərəfindən hazırlanmış "Osmanlı dövlətinin İstambul,1727-ci il.) Sovet hoküməti gələnə kimi Yengicə kəndinin hamamının idarəsi, lazım olan baxım işləri, o cümlədən təmiri Məşdələsgər Bəy Həmzəyevə tapşırılmışdı, o da bu işi böyük bir məsuliyyət hissilə icra edirdi. Amma Sovet dönəminin 30-cu illərdəki repressiyası zamanı Məşdələsgər Bəy Həmzəyev kəndi tərk etmək məcburiyyətində qalır. 1935-ci ildə Yengicədə kollektivləşməni qurmaq işinə mərhum atam Əliyev Hüseyin Abdulla oğlu təyin olundu. Yengicə o zaman Şərurda ən geniş əkin sahələrinə malik idi. Atamın söylədiklərinə görə kolektivləşmə başlayandək kənddə 400-ə yaxın ev (ailə, təsərrüfat) olmuşdur. Kəndin torpaq sahələri doğudan Məmmədsabıır, Çomartıl, güneydən Xələc, batıdan Alşar, Muğanlı, guzey batidan Şəhriyar, Salahabad və guzeydən Düdəngə kəndləri ilə həmsərhəd böyük bir ərazidən ibarət olmuşdu. 1938-ci ildə, kollektiv təsərrüfatın (kolxozun-H.S) idarə heyətinin razılığı ilə ayrılmış vəsaitlə çoxdan təmirə ehtiyacı olan kənd hamamı əsaslı təmir olunur. Ona görə də Yengicə kəndindəki hamamın binası öz varlığını bu günə qədər qoruyub saxlaya bilmiçdi. Lakin Şahtaxtı və Dəmirçi kəndlərindəki hamam uçaraq tamamilə dağılmışdır. Nəhayət, 2014-cü ildə uçmaq təhlükəsi altında olan hamamın binasə dövlət tərəfindən qoruma altına alindı. 2017-ci ildə onun əsaslı təmirinə başlandı və 2018-ci ilin İyul ayında, təqribən bir il ərzində təmir işləri başa çatdırıldı.(Bax şəkil-? və ?).
(Necə idi) (Necə oldu)
Yengicə üçün daha bir əlamətdar hadisə də 1905-ci ildə baş verdi. Belə ki, Çar Rusiyası tərəfindən Culfa-İrəvan dəmir yolunun çəkilməsi qərqra alındı. Əziz Şərif özünün xatirələri kitabında bu barədə yazır ki, atam Culfa-İrəvan dəmir yolunun çğkilişini öz üzərinə götürmək istədi, lakin Çar höküməti bu işin icrasını erməni mühəndisə, Culfa-Xoy asfalt yolunun çəkilişini isə atama həvalə etdilər. Proyektə görə dəmir yolu Naxçıvandan Daşarxa oradan da Ulya Noraşen ilə Baş Noraşen kəndləri arasından keçərək İrəvana qədər çəkilməliydi. Bu zaman Yengicənin adlı-sanlı, çox var-dövləti olan Məşdələsgər Bəy Həmzəyev bir neçə kiloqram qızıl gətirib erməni mühəndisə verir ki, dəmir yolunun proyektini dəyişdirsin. Dəmir yolu Yengicə kəndinə yaxın bir ərazidən keçsin, kəndin yaxınlığında dəmir yolunun "Yengicə" adlı stansiyası və vağzal binası tikilsin. Qızılları görən acgöz erməni mühəndis təklifi bir şərtlə qəbul edərək, deyir ki, dəmir yolunun stansyalarının adları dövlət tərəfindən artıq təsdiq olunduğuna görə, onlrı dəyişdirməyə səlahiyyətim çatmır, amma dəmir yolunun marşrutunu Yengicə kəndinə yaxnlaşdıraram. Məşdələsgər Bəy Həmzəyev də erməni mühəndisinin bu şərti ilə razılaşır. Təsdiq olunmuş proyektə görə, dəmir yolu təqribən bu günkü Naxçıvan-Sədərək avtomobil yolu marşrutu ilə Aşağı Daşarx kəndindinin doğusundan və burdan da Baş Noraşenlə (indiki Cəlilkənd) Ulya Noraşen (indiki Oğlanqala) kəndlərinin arasından keçməliymiş. Yəni Aşağı Daşarx yaxınlığından keçərkən, nəzərdə tutulmuş stansiya "Daşarx", həm də "Aşağı Daşarx" deyil, sadəcə olaraq "Daşarx", Baş Noraşenlə Ulya Noraşen kəndlərinin arasından keçərkən isə stansiya "Noraşen" adlandırılmalıymış. Bax elə bununla da erməni mühəndis Məşdələsgər Bəyi aldada bilir. Sən demə ermənilərin Çar Rusiyası ilə gələcəkdə gizli niyətləri bu coğrafiyada stansiyanın adına istinad edərək, nə çox nə az bir Noraşen erməni rayonu yaratmaq imiş və onlar bunu Sovetlər dönəmində yaratdılar. Cənab Heydər Əliyevin dahiyanə uzaqgörənliyi nəticəsində, Azərbaycana rəhbərlik etdiyi zaman "Noraşen rayonunun" adını dəyişərək "İliç rayonu", "Noraşen stansiyasının" adını isə "İliç" stansiyası qoydurdu. Araşdırmalarım zamanı gec də olsa, ermənilərlə rusların gizli niyətləri, Ermənistan yaratmaq üçün uzun vədəli planlarının üstü açıldı. Əgər o zaman erməni mühəndis stansiyanın adını dəyişərək "Yengicə stansiyası" etsəydi, istər-istəməz ciddi bir erməni saxtakarlığının qarşısı alınmış olacaqdı. İndi, gəlin, birlikdə götür-qoy edəyin görək, dəmir yolu Xanlıqlar kəndi ərazisidən keçdiyi halda, nə üçün stansiya "Xanlıqlar" deyil "Daşarx"adlanır? Çünki təsdiq olunmuş proyektdə dəmir yolunun marşrutu Aşağı Daşarx ərazisindən keməliymiş. Bu stansiyanın da adını saxtalaşdırılmış marşrutda saxlamaqla erməni mühəndis özünün külli məbləğdə rüşvət almağını həm öz ermənilərindən, həm də Çar Rusiyasından çox ustalıqla gizlətmişdi. Axı, bir də kim Sankt-Peterburqdan gəlib, 1905-ci ildə tikilmiş Culfa-İrəvan dəmir yolunun o zaman Azərbaycan üçün bir o qədər də önəmi olmayan bu dəmir yolu stansiyalarının adlarının proyektlə saxta ya doğru olduğunu yoxlayacaqdı. Bu dəmir yolunun çəkilişində Çar Rusiyasının bir əsas məqsədi Rusiya ilə İran arasındakı müharibə əsnasında rus ordusunun 5-ci sütunu olmuş erməni və yezdi kürdlərin on minlərcə ailələrini İrəvana rahat, həm də gizlicə köçürə bilsinlər, ikinci bir gizli məqsədi də bu idi ki, gələcəkdə nəzərdə yaradılmasını planlaşdırdıqları Ermənistan dövlətinin farslarla gan gardaşı olan İrana leqal gediş-gəliş koridoru olsun. Sovet dönəmində də Bakını Culfa ilə birləşdirən dəmir yolu çəkildikdən sonra Bakıdan İrəvana birbaşa neft və neft məhsullarının daşınması təmin edilmiş oldu.
Beləliklə Yengicə kəndi əkinə yararlı sahəlırinin dəmir yolundan quzeydə qalan yarıdan çox hissəsi yeni yaradılan şəhər tpli Noraşen gəsəbəsinin ərazisinə daxil edildi. Bu gün şəhər tipli qəsəbənin ilk adı Noraşen, sonra İliç və indi isə Şərur şəhəri adlandırıldı, lakin Yengicə kəndinin öz ərazisində salınan Şərur şəhərinə birləşdirilməsi məsələsi isə hələ də gündəlikdə yoxdur. Buna baxmayaraq Yengicə indi də Şərurun bir çox ictimai və siyasi xarakter daşıyan tədbirlərində öndə gedərək, həlledici rol oynayır.
Yengicə kəndində qədim zamanlardan ta bu günə qədər üç məscid olmuşdur. Onlardan Böyük məscid adlanan biri vaxtilə Çarşı bazarı inşa edilərkən, bəlkə də ondan əvvəl tikilmişdir. Belə bir ehtmal var ki, Böyük məscid Çarşı bazarında dükan işlədən tacirlər və xarici məmləkətlərdən Yengicə bazarına karvanlarla mal gətirən müsəlman tacirlərin kənd camaatı ilə birlikdə ibadət yeri kimi nəzərdə tutulmuşdur. Bala məscid (yəni Kiçik məscid) adlanan ikinci məscid Çarşı bazarının inşası ilə eyni zamanda, bazarın guzey doğu tərəfində, karvansaranınn sonunda, boş bir ərazidə tikilmişdir. Fikrimcə bu məscid Yengicənin Çarşı bazarına xarici islam məmləkətlərindən mal gətirən tacirlərin nökərlərinin ibadəti üçün tikilmişdi. Üçüncü məscid Çarşı bazarının qurtaracağında, Kənd çayı adlanan çayın üzərindəki körpününü keçdikdən həmən sonra güney tərəfdə tikilmişdir. Cümə məscidi rolunu oynayan bu məscid kəndin yeni salınmış Yengicə adlanan tərəfinin sakinlərinin ibadət etmələri üçün nəzərdə tutulmuşdur. İslamda məscidlər yalnız ibadət etməklə məhdutlaşmır həm də Tanrının evi adlanaraq, bir neçə tədbirlər keçirilməsi üçün də təyin olunmuşdur. Burada müxtəlif dini ayinlərin, yəni Ramazan və Qurban bayramlarının keçirilməsi, həzrəti peyqəmbərimizin, əhli beytin doğum və ertihalət günlərini qeyd etmək üçün, mərsiyə və digər ilahələrin oxunması, İmam Hüseynin (ə.s.) qəddarcasına qətlə yetirilərək, şəhid olmasına həsr edilən mərasim, dərvişlərin kənddən keçərkən, gecələməsi və s. üçün də nəzərdə tutulmuşdur. Kəndin yaşlı sakinlərindən eşitdiyimə görə XX yüzilliyin əvvəllərində ermənilərin Naxçıvan zonasında qərəzli və mütəşəkkil apardıqları soyqırımın qarşısını almaq üçün Türkiyədən göndərilmiş silahlı qüvvənin bir hərbi hissəsi Yengicədəki Cümə məscidindən kazarma kimi istifadə etmişdilər və öz missiyalarını yerinə yetirdikdən sonra türkiyəyə geri dönmüşdülər. Əfsus ki, bu hərbi dəstəyin konkret tarixi Yengicədə unudulmuşdur. Uşaqlığımda gördüyüm bəzi hadisələr mənim də yaddaşımdan hələ silinməmişdir. Evimiz iki otaqlı idi, bir də keniş əl damımız var idi. Bu iki otaqdan biri həmişə səliqəli saxlanılar, qapısı da həmişə örtülü olardı və kilidlənməməsinə baxmayaraq, ailədəki uşaqların heç birinin oraya girməyə ixtiyarı yox idi. Biz uşaqlar bu otağa öz aramızda Qonaq otağı deyərdik. O zaman atam Əliyev Hüseyin Abdulla oğlü Yengicədə kolxozun (kollektiv təsərrüfatın) sədri olduğuna görə rayona ya Bakıdan, ya Moskvadan gələn müxtəlif vəzifəli şəxslər rayon rəhbərliyi tərəfindən hərdən bir kolxzun sədrinin evində gecələməyə göndərilərdi, çünki rayon mərkəzində hələ mehmanxana və qonaq evləri yox idi. Onlardan biri də mənim 10 yaşım olanda, yəni 1954-cü ildə 5-ci sinifdə oxduğum vaxt, haradasa Oktyabr ayının sonu, Noyabr ayının əvvəllərində baş verdi. Biz artıq məktəbdə xarici dil olaraq fransız dilinin hələ əlifbasını öyrənirdik. Bir gün bizə xəbər gəldi ki, hazır olaq, axşam yeməyinə və gecələmək üçün İrandan çox mühm bir qonaq gələcəkdir. Qonaq özünü çox gözlətmədi, əvvəlcə bir neçə silahlı Sovet əsgər və zabiti gəlib, evimizin, damımızın və tövləmizin çatısına çıxdılar, sonra arxa və qabaq həyətimizin qapılarını nəzarətə aldılar. Bizə ailə üzvlərindən başga adamların gəlməsinə, evdəki qardaşıma və bacılarıma isə küçəyə çıxmağı yasakladılar. Balaca olduğum üçün mənə heç bir qadağa aid deyildi. Bir azdan maşın səsi gəldi, bir təhər mənə rusca başa saldılar ki, giriş qapısına yaxınlaşmayım. Qapı açılanda atam evdən çıxıb, qonaqları qarşıladı və Qonaq otağına apardı. Mən də fürsət tapıb, maşına baxmaq üçün küçəyə çıxdım. Qabaq həyətin giriş qapısını qoruma altına alan əsgərlər mənə mane olmadılar, əksinə işarə ilə bildirdilər ki, baxa bilərəm. Fransız dilinin əlifbasını az-çox oxuya bildiyim üçün maşının arxasındakı yazını da oxuyb ucadan əsgərlərə dedim: "Pontiak". Səhərisi günü yuxudan durdum ki, qonaqlar da maşın da yoxdur, getmişdilər. Atam bizə yalnız səhər dedi ki, qonağımız marşal...(adını mən yadımda saxlaya bilməmişdim) imiş və o, Qonaq otağında divardan asılmıs, 1941-45-ci illər müharibəsinin ilk günlərində həlak olmuş dayım Nəzərov Mahmud Nəzər oğlunun hərbi uniformada çəkdirdiyi foto şəkilə baxaraq V. Zaxarov familiyalı bir rus rəssam tərəfindən çəkdiyi portretin kimə aid olduğuna çox maraq göstərmişdi. Anamdan o zaman eşitmişdim ki, onun qardaşı vaxtilə ikiillik Naxçvan pedaqoji məktəbini başqalarına nisbətən daha yüksək müvəffəqiyyətlə bitirdiyinə görə onu Moskvaya hərbi məktəbə göndərmişdilər. Zabitlər hazırlayan altı aylıq hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsini almış, baş leytenant rütbəsini isə müddətindən əvvəl almış, 1941-ci ildə, müharibənin ilk günlərində, Belorusiyanın Çernyaxovsk vilayətində (o zaman bu vilayət Belorusiyanın tərkibində idi-H.S.) həlak olmuşdur. Arxiv sənədlərinə görə, dayım Nəzərov Mahmud Nəzər oğlu 2-illik Naxçıvan pedaqoji məktəbində, Azərbaycanın dahi prezidenti, ümumdünya siyasəti aləmində öndə gedən, unudulmaz rəhbərimiz Heydər Əlirza oğlu Əliyevlə birlikdə oxumuşdu. Yengicə kəndi Sovetlər dönəmində və ondan da çox-çoz əvvəllər Şərur-Dərələyəz mahalında ən öndə gedən kənd olmuşdur. Məncə. Dərələyəz sözünun anlamını da burada verməmiz lap yerinə düşərdi. Dərələyəz sözü üç komponentdən ibarətdir. 1. Dərə-iki tərəfi dağlıq və onların arasından axan su yatağının vadisinə deyilir, 2. Ala-burada: böyük (məs. "Ala qapı" sözündə olduğu kimi) və çox anlamındadır. 3.Yaz-qədim türkcəmizdə "otlaq" anlamındadır. Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun guzeyində, yaxın keçmişə qədər bizim olmuş "Qarayaz"düzünün adında da Qara sözü həm də böyük anlamında olaraq "yaz"-düzənlik, otlaığın genişliyini bildirir. Lakin "Dərələyəz"sözündəki birinci iki heca-"də-rə"-incə saitlə başladığına görə, "ala" sözündəki birinci "a" saitini assimiliyasiyaya uğratmış və yerdə qalan "la" hecasındakı "a" saitini, həmçinin, eyni zamanda "yaz" sözündəki qalın "a" saitini də özünə tabe edərək "ə" saitinə çevirmişdir.Nəticədə, xalqın danışıq dilində "Dərə-Ala-yaz" sözü "Dərələyəz" olmuşdur.
Uzun illər bundan öncə Yengicə kəndi ərazisində, daha dəqiq desək, indiki Avtomobil texniki baxış məntəqəsinin yerində, Kərpic bişirmə ocağı olmuşdu. Yengicə kəndinin yaşlı sakinlərinin dediyinə görə, 1937-ci ildə kənddəki hamamın əsaslı təmirində də bu ocağın məhsulundan istifadə edilibmiş.
Uzaq keçmişdə Yengicədə Suaparan çayı üzərində iki su dəyirmanı olmuşdu. Son zamanlarda onlardan biri ( Bəylər məhəlləsindəki) sıradan çıxmış, Püştəlik adlanan ərazidəki ikincisi isə XX yüzilliyin 60-cı illərinə qədər işləmişdi. Elə bu illərdə də kənddə (atamın idarəçiliyi dönəmində) bir silindirli elektrik motoru ilə işləyən dəyirman quraşdırıldı. Bu dəyirmana ətraf kəndlərdən də buğda gətirib, üyüdərdilər. Bir silindirli motor o qədər də mükəmməl ixtira olunmamışdı, silindir hər bir takt arasında hərəkətini yavaşıdır, bu vaxt dəyirman daşının fırlanma sürəti azalır, motordan alınan elektrik enerjisilə dəyirmanda yanan tək bir lampa da yalandan közərərək öz işığını azaldardı. Bu minvalla həmin bir silindirli motor bir neçə il işlədi. Sivilizasiya Sovet dönəmində bizim kəndin bir silindirli motorunun sürəti kimi çox yavaş irəliləsə də inkişafa doğru gedirdi. Bir sözlə, Sovetlər Birliyindən Azərbaycana gətirilən elmi, mədəni və texniki nə yenilik olsaydı, onlardan biri də Yengicə kəndinin payına düşərdi. Yuxarıda qeyd etdiyim kimi, elektriklə işləyən un dəyirmanı, XX yüzilliyin 40-cı illərinin modeli telefon kommutatoru, radio (simli), yay və qış kinoteatrının binası, sözün əsl mənasında, teatr binası fəaliyyət görsədirdi. Bina həm kinofilmlərin nümayişi üçün, həm də səhnəsi və qrim otağına malik olan teatr üçün nəzərdə tutumuşdu.Bu,biuşmiş kərpicdən tikilmiş o zaman üçün çox möhtəşəm görünən biur mədəniyyət sarayı idi.
Şərur-Dərələyəz mahalının kəndlərindən çıxan ziyalılar yaxın gələcəkdə Yengicəni şəhər kimi görür və öz kəndlərini tərk edərək, yaşamaq üçün ailələri ilə birlikdə burada məskunlaşırdılar. Xüsusilə də XX əsrin 30-cu illərindən başlayaraq, Alşar, Muğanlkı kimi yaxın kəndlərdən və uzaq Dəmirçi, Şahtaxtı kəndlərindən hətda Naxçıvan şəhərindən, Dərələyəzin uzaq kəndlərindən də daimi yaşamaq üçün Yengicəyə köçub gələnlər də var idi. Hətda 1940-cı illərdə buraya 5-6 müsəlman kürd (qırmanci) ailəsi və 2 yezidi kürd (qırmanci) ailəsi də köçüb gəlmişdirlər. Müsəlman kürdlər öz ana dillərini bu günə qədər qoruyub saxlamışdırlarsa, yezidi kürdlər şiyələr arasında yaşamağın təhlükəli olduğunu nəzərə alaraq islamı qəbul etmiş, onun yerli əhali kimi şiyəlik məzhəbinə iman gətirmiş və öz dillərini unudaraq yerli Azəri türklərilə misillənmişdirlər. Bu yezidi kürdlər hal-hazırda 20 ailəyə qədər, müsəlman kürdlər isə 55-60 ailəyə qədər çoxalaraq, bu gün də Yengicədə yaşayırlar.
Yenicə kəndində mənim yadıma gələn, 1950-ci illərdə bir neçə yerdə "dubək" ("ding") adlanan (çəltiyi döyərək, düyü alan) qurğu da fəaliyyət görsətmişdi.
Erməni soyqırımı:1905, bu il uzunluğu təqribən 180 km-dən artıq olan Culfa-İrəvan dəmir yolu isdifadəyə verilmişdir. Dəmir yolunun çəkilməsində əsas məqsədlərdən biri Rusiya-İran muharibəsi baş verərsə, İrəvanda cəmləşdirilmiş rus ordusunun birliklərini ən qısa bir zamanda İran sərhəddinə daşımaq idisə, ikinci bir vacib məqsəd də orada yaşayan erməni ailələrini İrəvana yerləşdirərək, Ermənistan adlı bir dövlət yaratmağa zəmin hazırlamaq idi. 1905 ci ildə İrəvanda sakitlik olub, çünki bu zaman orada erməni yaşamayıb, 1915, İrəvana çoxlu ermənilər gətirilmişdilər-onları Çar Rusiyası İran və Türkiyədən buraya kütləvi surətdə köçürmüşdülər, 1918-20, ermənilər Rusiyanın himayəsi altında Zaqafqaziyada hökmranlıq edirdilər. Bu illərdə hələ hökmdarı türk əsilli olan İran ruslarla arası kəsilməyən müharibələr nəticəsində çox zəifləmiş bir dövlətə çevrilmişdi. Ermənilər bundan öz xeyirlərinə istifadə edərək, Rusiyadan alınan dəstəklə Urmiyə, Təbriz, Bakı, Gəncə, Naxçıvan, Kars, İydir, demək olar ki, hər yerdə türk və kürd müsəlman xalqlarına qarşı soyqırım aparırdılar. Həmişə olduğu kimi bu dəfə də köməyimizə qəhrəman türk ordusu gəldi. Bu qanlı hadisələr Yengicədən də yan keçmədi. Nəhayət 1918-ci ilin noyabr-1919-cu ilin mart ayları öz varlığını təqribən beş ay sürdürən Araz-Türk Cümhuriyyəti yarandı. Türkiyə, ermənilərin Naxçıvan ərazisində apardıqları kütləvi soyqırımın qarşısını almaq üçün buraya öz əsgəri birliklərini göndərdi. Bu zaman Türk əsgəri birlikləri yerli silahlı müqavimətçi qruplarının da köməyilə erməni millətçilərini Naxçıvandan qovub, çıxartdılar. Belə qruplardan biri də Şərur bölgəsinin Çomartıl kənd sakini Tahir İsmayılov tərəfindən yaradılmış yerli silahlı partizan dəstəsi olmuşdur. Tahir İsmayılovun partizan dəstəsi erməni millətçi qatillərinə qarşı mübarizədə fəal iştirak etmiş, döyüşlərdə xüsusi igidliklər görsədərək, çox vacib əməliyyatlarda qələbələr qazanmışdı. Tağı İsmayölovun başçılıq edərək həyata keçirdiyi çoxsayılı belə əməliyatlardan biri haqqında da məlumatı Şərur rayonunun Maxta kənd sakini Azad Filankəs oğlu Filankəsov mənə belə danışmışdır:Şərur rayonunun Yengicə kəndində o zaman misgər-dəmirçi işləmiş ata babam Usta Salahın atama dediyinə görə, bir gün Yengicəli Məşdələsgər Bəy Həmzəyev İrəvanda imiş, ona xəbər verirlər ki, ermənilər İrəvandan Şərurun Noraşen dəmir yol stansiyasına xeyli sursat və ərzaqla birlikdə 200-dən artıq təpədən-dırnağa silahlandırılmış əsgər göndərəcəklər. Məşdələsgər Bəy bu xəbərin doğru oub-olmadığını, həm də imkan daxilində bu gatarın hərəkət vaxtını dəqiqləşdirdikdən sonra tez Yengicəyə qayıdaraq, İrəvandan əldə etdiyi xəbəri, 75 nəfər süvarisi olan özünü müdafiyə partizan dəstəsinin komandiri Tağı İsmayılova çatdırır. Komandir çox fikirləşmədən belə qərara gəlir ki, Erməni silahlılarını daşıyan gatarı Noraşen dənir yol stansiyasına 600-700 metr qalmış Balıqlı çuxyru üzərindəki körpünü keçərkən körpünü partlatsınlar və erməni silahlılarını elə oradaca məhv etsinlər. Bu zaman Məşdələsgər Bəhin,Yengicə qəzasının sədri Əliyev Hüseynin və bu qəzanın qlavası (Marşal nəcəfin atası) birgə topladıqlar silahlıı könüllülər dəstəsini Tağı İsmayılovun süvari yerli müdafiyə dəstəsini gücləndirirlər. Tağı İsmayılovun rəhbərlik etdiyi bu əməliyyat planı müvəffəqiyyətlə yerinə yetilir: Körpü partladılır, qatarın ermənı silahlılarilə dolu üç vaqonu partlayış nəticəsində tamamilə darmadağın olur, onlardan sağ qalanlar, hələ nə baş verdirinı bilməsələr də qopxudan ətrafa dağılaraq qaçışanlar isə elə partlayış yerindəcə güllənələrək məhv edilirlər. Əməliyyat zamanı iki erməni silahlısı əsir götürülür. Mən də Azad Filankəsovdan eşitdiyim bu əhvalatı olduğu kimi yazaraq əbədiləşdirirəm ki, qəhrəmanlarımızı unutmayaq.
1927-ci ildə Yengicədə önəmli bir hadisə başverdi. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Arxivindəki sənədlərdən məlum olur ki, Şərur reqionunda ilk olaraq Yengicə kəndində Sovet Sosiyalist Respublikalrı İttifaqının "Köybirliyi" adlı bangın filialı açılır və bu banga rəhbərlik, yuxarıda adı keçən qəhrəmanımız Tağı İsmayılova tapşırılır. Yerlərdə bir neçə kəndli ailəsinin birləşərək əkinçiliklə məşğul olmalarına dövlətin maddi dəstəyi məqsədilə "Köybirliyi" bangından subsidiyalar ala bilərdilər. 1930-cu ildə bu bangın adı dəyişdirilərək "Mərkəzi kənd təsərrüfatı bangı"adı altında öz əvvəlki fəaliyyətini davam etdirir.
Bu qədər etimadlı və müxtəlif yönlü dövlət idarəetmə orqanlarına aid obyektlərin Yeengicə kəndində təmərküzləşdirilməsi (yerləşdirilməsi-H.S.), bu kəndin o zaman Şərurda mərkəz rolu oynamasını görsədirdi. Bundan sonra Yengicə kəndində Şərurun ilk Yay və Qış kinoteatrı, kolxoz quruculuğundan sonra isə kolxoz idarəsi, klub və kitabxanası olan kompleks bir bina tikilir. Artıq 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərdə Tibbi yardım məntəqəsi binası, məişət xidməti binası da tikilmişdir. Azərbaycanda müstəqilliyin birinci dekadası Yengicə kəndi üçün durğunluq dövrü kimi keçsə də 2000-ci ildən başlayaraq burada da yenidənqurma işləri canlanmağa başlayır. Kənddə yeni İnzibati bina, ayrı ayrılıqda Məktəb, Məişət, Klinik tibb binaları tikilmiş, qədim hamam və k əndimizin mərkəzindəki Böyük məscidin binalari kapital təmir olunmuşdur.
Yengicə kəndində daha iki qədim məscid binası istifadə üçün yararsız halda olduğuna görə kənd sakinlərindən filankəslər öz maddi vəsaitləri ilə həmin iki məscidin köhnə və dağılmış vəziyyətdə olan binaları sökdürülmüş və yerində iki yeni məscid tikdirilmişdir. İndi Yengicədə əvvəllər olduğu kimi üç mıscid fəaliyyət görsədir. Bu gün Yengicədə iki yeni qəbristanlıq da istismardadır: biri kəndin quzey-batısında, Şərur şəhərinə gedən yolun solunda, ikincisi isə kəndin doğusunda, Çomartıl kəndinə gedən yolun sol tərəfindədir. Bu gəbrstanlığın hər ikisinə gedən yollar da kənd sakinlərindən bugünkü xeyriyyəçilər filankəslər tərəfindən kənd mərkəzindəki Böyük məscidin minarəsi qədim zamanlar Bala məscid adlanmış, dağılmaq üzərə olan köhnə Cümə məscidi sökülərək onun yerində yenisi inşa edilmiş, qəbrstanlıqlara gedən yollar qismən də olsa çınqılladılmışdır. Xeyriyyəçilərin F.İ.O.-su buraya. ?????????????
Həsən Sədirli,
türkoloq