Ağac tinglərinin paylanılması aksiyası davam edir

kologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.

Bu yaz özün bir təbiət yarat!" devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası

çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.

Olaylar.az xəbər verir ki, növbəti aksiya 04 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda Bakı kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Sevinc kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu,  Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və

qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən

tövsiyələr veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31