Beyləqanda heyvanların peyvəndlənməsinə başlanılır

Beyləqanda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri davam etdirilir

Beyləqanda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Naziriyindən "Olaylar"a bildirilib ki, 2019-cu ilin ilk günlərindən başlayaraq Beyləqan rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda bütün ölkədə olduğu kimi, Beyləqan rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Beyləqan Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 55366 baş iribuynuzlu, 2036 baş təkdırnaqlı heyvanda qarayara, 4858 baş sahibli itdə quduzluq, 730184 baş cücədə nyukasıl ("La-sota" ştammı ilə), 55008 baş iribuynuzlu, 202632 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31