Media qurumlarının elektron arxivlərinin etibarlı mühafizəsi

AMEA Mərkəzi Elmi Kitabxanası "Əməkdaşlıq müqavilələri çərçivəsində MEK-də formalaşdırılmış kolleksiyalar" adlı tədbir keçirib.

Olaylar.az xəbər verir ki, MEK-in Kitabxana-xidmət şöbəsinin Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Aygün Əliyeva kolleksiyalar haqqında təqdimatla çıxış edib. Bildirib ki, MEK ötən müddətdə bir sıra qurumlarla əməkdaşlıq həyata keçirib, memorandumlar imzalayıb. 

MEK-in media ilə, dövri mətbuatla əməkdaşlığından söz açan A.Əliyeva Azərbaycanın bir sıra aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi haqqında məlumat verib.

BDU-nun Jurnalistika fakültəsinin "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının əməkdaşı Samir Xalidoğlu MEK-in tədbirlərini, fəaliyyətini daim mediadan və sosial şəbəkələrdən izlədiyini, təqdir etdiyini bildirib. 

Sonda MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxana ilə memorandum imzalayan bütün təşkilatlara təşəkkür edib, aparıcı media qurumlarına elektron arxivlərinin etibarlı mühafizəsi üçün MEK-ə təqdim edilməsi ilə bağlı müraciət edib, daxil olan sənədlərin ciddi şəkildə sistemləşdirilməsi, ictimailəşdirilməsi barədə məlumat verib, bu çalışmaların müsbət nəticələr doğurduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31