Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb
14 Mart 2019 12:31 SosialAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, tanıtım videosunun hazırlanmasında əsas məqsəd Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir. Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31