“Facebook”dan problemlə bağlı AÇIQLAMA - FOTO
14 Mart 2019 12:17 Sosial"Facebook", "Instagram" və "WhatsApp"ın işində yaranan problemlə bağlı açıqlama yayılıb.
"Facebook" şirkətinin "Twitter" səhifəsində verilən açıqlamada bildirilir ki, genişmiqyaslı pozuntuya "DDoS" hücumu - kütləvi müdaxilə yolu ilə sistemi çökdürmək məqsədi daşıyan kiberhücum səbəb olmayıb.
Açıqlamaya görə, şirkətin texniki heyəti hazırda problemlərin aradan qaldırılması üzərində çalışır.
Analoji ismarıc "Instagram"ın rəsmi "Twitter" səhifəsində də yayılıb.Qeyd edək ki, sözügedən sosial şəbəkələrdəki kütləvi pozuntular dünən axşam saatlarında Azərbaycan da müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31