Cocuq Mərcanlıda mobil satış məntəqəsi açılıb

Cocuq Mərcanlıda mobil emalatxana və mobil satış məntəqəsi açılıb, Horadizdə "KOB Dostu" fəaliyyətə başlayıb. "Olaylar" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") artıq cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək. Belə ki, növbəti "KOB Dostu" martın 13-də Füzuli rayonunda fəaliyyətə başlayıb. Bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk "KOB Dostu"dur və Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarların da "KOB Dostu" xidmətlərindən faydalanmaq imkanı yaradır. Bununla əlaqədar olaraq Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası  Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən olduğunu, özəl bölmənin inkişafı istiqamətində müxtəlif təbirlərin və  islahatların aparıldığını vurğulayıb. Qeyd olunub ki, kiçik və orta biznesin inkişafı sahibkarlığın mühüm istiqamətlərindəndir və Füzuli rayonunda fəaliyyətə başlayan KOB Dostu bu sahədə önəmli dəstək mexanizmlərindəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31