Bakıda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edilib
14 Mart 2019 03:54 SosialBakıda çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31