Heyvandarlıq Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Heyvandarlıq Assosiasiyasının (AHA) üzvləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova və Seyfəddin Talıbov, nazirlik təmsilçiləri,  Azərbaycan Heyvandarlıq Assosiasiyasının üzvləri və Türkiyə Güneydolu Anadolu Heyvandarlıq Assosiasiyasının sədri Haydar Demirazer iştirak ediblər. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı hazırlanıb. Nazir müavini qeyd edib ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib: "Azərbaycan Heyvandarlıq Assosiasiyasının yaradılması önəmli hadisədir. Heyvandarlıqla məşğul olan fermərlərə dövlət dəstəyi göstərilir və bu dəstək davamlı olacaq. Azərbaycan Heyvandarlıq Assosiasiyası da öz tərəfindən heyvandarlığın inkişafı üçün davamlı işlər görməlidir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi və  Assosiasiya arasında mütəmadi görüşlər keçiriləcək". Türkiyə Güneydolu Anadolu Heyvandarlıq Assosiasiyasının sədri Haydar Demirazer görüşdə "Dünyada heyvandarlıq nailiyyətlər" mövzusunda təqdimatla çıxış edib. O, heyvandarlığın inkişafında dünya və Türkiyə təcrübəsi barədə tədbir iştirakçılarına məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31