Deputat: “Bulaq suyunun həyətlərə çəkilməsi yolverilməzdir”
13 Mart 2019 14:22 Sosial"Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin martın 13-də keçirilən iclasında deputat Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, bulaq suyunun həyətlərə çəkilməsi yolverilməzdir: "Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31