Cavanşir Paşazadədən SOS!“Bazarlarda satılan balıqlar təhlükəlidir”

"Yol kənarlarında, bazarlarda satılan balıqların mənşəyinin haradan olduğu bilinmir"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin martın 13-də  keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib. Deputat qeyd edib ki, balıqların necə və harada saxlandığı, onların qidalanmasında hansı gübrələrdən istifadə olunması bilinmir. Bu baxımdan "Balıqçılıq haqqında" qanunda bu məsələlərin nəzərdə tutulması müsbət haldır.

Komitə sədrinin müavini Eldar Quliyev isə ətraf mühitin qorunması məsələsinə diqqət çəkərək söyləyib ki, bu işdə məsuliyyət hər kəsin üzərinə düşür: "Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün hər birimiz çalışamlıyıq. Azərbaycanın təbiəti gözəldir, o qorunmalı, saxlanmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31