Peşə təhsilini bitirən məzunlara dərəcə veriləcək

Yüksək texniki peşə təhsilini bitirən məzunlara subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək. "Olaylar"ın xəbərinə görə, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, peşə təhsili müəssisələrində tam orta təhsil üzrə təhsilverənlərin sertifikatlaşdırılması, digər işçilərin isə attestasiyası keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31