Dövlət təhsil müəssisələri özəlləşdirilməyəcək
13 Mart 2019 13:52 SosialAzərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə icazə verilir. "Olaylar"ın xəbərinə görə, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklikdə təklif olunur. Belə ki, qüvvədə olan qanuna əsasən, indiyə qədər təhsil müəssisələrindən yalnız dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan edilib. Dəyişikliyə görə, bundan sonra məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan ediləcək. Başqa sözlə, dövlət icbari ümumi orta təhsil müəssisələri ilə bərabər, dövlət ali məktəbləri, orta ixtisas və peşə təhsili müəssisələrinin də özəlləşdirilməsi qadağan olunur.