Tahir Kərimli qrammatikanı Milli Məclisdə öyrənmək istəyir

"Milli Məclisdə qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur". "Olaylar"ın məlumatına görə, bunu martın 13-də Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib. T.Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31