Evdən çıxan qadın bir daha geri qayıtmayıb

Lənkəranda qadın naməlum şəraitdə itkin düşüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, rayonun Şilavar kənd sakini Hüseynova Mirxanım Kamil qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan gəlini, 1989-cu il təvəllüdlü Panaliyeva Aynur Hüseynağa qızı martın 10-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31