Siqareti tərgitmək üçün lazım olan qidalar
13 Mart 2019 12:55 SosialRuh və bədən sağlamlığının baş bəlası olan siqaretin zərərlərini hər kəs bilir. Amma buna baxmayaraq yenə də istifadə edənlərin sayı artır. Dünyada və ölkəmizdə siqaretin ziyanlarına qarşı tədbirlər görülsə də, hələ də cəmiyyəti zəhərləməyə davam edir.
Araşdırmalara görə, bəzi qidalar siqareti atma prosesini daha asan keçirə bilməyinizə kömək edir.
Həmin qidalar təqdim edilir:

Yulaf əzməsi nikotin bağlılığını azaldır
Aparılan bir çox araşdırmalara görə, mütəmadi olaraq yulaf əzməsi yemək nikotinə olan bağlılığı azaldır. Amma yulaf əzməsini südlə birlikdə qarışdırıb yemək, daha çox kömək edir. Çünki süd içdikdən sonra siqaretin dadı olduqca pis olur. Beləliklə, siqaret ehtiyacınız da azalacaq.

Banan siqaretin bədənə verdiyi ziyanı azaldır
Banan tərkibindəki kalium və B vitamini sayəsində siqaret bağlılığını azaldan önəmli qidadır. Mütəxəssislər bildirirlər ki, həmçinin banan siqaretin sağlamlığa vurduğu ziyanları azaltmağa da kömək edir.

Nanə yeyin
Nanə tərkibindəki mentol sayəsində nikotinə olan ehtiyacı azaldır. Həm təzə, həm də quru olaraq nanəni mütəmadi olaraq yemək lazımdır.

Ən böyük dəstəkçilərdən biri də bitki çaylarıdır
Bitki çayları siqareti buraxma prosesində ən önəmli köməkçilərdən biridir. Mütəxəssislər xüsusi ilə də qərənfil çayı məsləhət görürlər. Bundan başqa limonlu, çobanyastığı kimi çaylar da rahatladıcı təsiri ilə bu prosesi daha sakit keçirməyə kömək edir.

Təzə tərəvəzlər həm siqareti atmağa, həm də çəkiyə nəzarətə kömək edir
Təzə tərəvəzlər şirə halına gətirilib içildikdən sonra siqaret dadını pisləşdirir. Buna görə də onları qida rasionuna əlavə etmək həm siqareti buraxmaya, həm də siqareti buraxdıqdan sonrakı müddətdə çəkini nəzarətə almaq da önəmli seçimlərdən biri olacaq.

C vitamini ilə zəngin olan meyvələri seçməlisiniz
Mütəmadi olaraq siqaret çəkənlərdə C vitamini olduqca aşağıdır. Bunun yerinə isə bədəndə nikotin və nikotin elementləri olur. Bu səbəbdən də qidalanmada mütləq portağal, limon, kivi, nar kimi C vitamini yüksək qidaları əlavə etmək lazımdır.
azadinform