"Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçiriləcək

14 mart  2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində "Qlaukomanın müasir diaqnostikası və müalicəsi" adlı elmi-praktiki konfrans keçiriləcək. Konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı  fikir mübadiləsi aparılacaq. Həmçinin oftalmoloqlar qlaukoma ilə bağlı çıxışlarını təqdim edəcəklər. Konfransda "Qlaukomanın inkişafının təhlili", "Göz travmaları nəticəsində yaranan qlaukoma", "Qlaukomalı pasiyentlərin monitorinqində Heydelberq retinotomoqrafiyanın rolu", "Qlaukoma ilə assosiasiya olan tor qişanın xəstəlikləri - maraqlı kliniki hallar",  və s. mövzular dinləniləcək. 
Qlaukoma göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya "qarasu" olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31