Bu uşaq adi əşyaları elektrik avadanlığına çevirir
13 Mart 2019 07:06 SosialSəbail rayonunda 163 saylı orta məktəbin 9-cu sinif şagirdi Əvəzağa Nəzərov hazırladığı maraqlı əşyalarla öncə valideynlərinin, daha sonra isə məktəbdə müəllimlərinin diqqətini çəkib.
O, adi əşyalardan istifadə etməklə elektriklə işləyən maraqlı avadanlıqlar düzəldib.
BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, onun hazirladığı əşyalardan biri də tozsorandır.
Onun düzəltdiyi maraqlı əşyalardan biri isə evə kənar şəxslər daxil olanda ev sahibini xəbərdar edən cihazdır. Onu bu əşyaları düzəltməyə sövq edən isə günlük həyatda qarşılaşdığı bir hadisə olub.
Əvəzağa Nəzərov bildirir ki, onun arzusu gələcəkdə texniki avadanlıqlar hazırlayan mühəndis olmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31