Deputat 5-ci mərtəbədən yıxılan qıza baş çəkdi - Foto

Mingəçevir şəhərində beşinci mərtəbənin eyvanından yıxılan qızın vəziyyəti yaxşıdır.

Bu barədə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə məlumat paylaşıb. O, gənc qıza baş çəkdiyini bildirib:

"Mingəçevir şəhərində beşinci mərtəbənin balkonundan yıxılan qız dünən axşam Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə(Semaşko) gətirilib. Bu gün bir dəstə qızılgüllə hospitala yaralını yoluxmağa getdim.

Baş həkim Ədalət bəylə danışdım. Qızın vəziyyəti stabildir, hər gün huşu bir az da düzəlir, ciddi zədəsi yoxdur. Xəstə gün boyu ciddi həkim nəzarətindədir".

Qeyd edək ki, martın 10-da Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 9 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. Onun vəziyyətinin ağır olduğu bildirilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31