Xalq yazıçısı Anarı “nadan” tənqidlərdən qorumağa çağırıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Yeganə İsmayılovanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara həsr olunmuş "Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatını keçirib.

Olaylar.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli yazıçının yaradıcılığından, onun ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb.

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir, Anarın təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının önəmli yazıçısı olduğunu vurğulayıb.

BDU-nun professoru Cahangir Məmmədli Anar haqqında belə bir dəyərli kitabın ərsəyə gəlməsini alqışlayıb.

Kitabın müəllifi, professor Yeganə İsmayılova Anarın Dədə Qorqud yaradıcılığı haqqında geniş məlumat verib və tədbirdə iştirak edən qonaqlara, eləcə də kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Sonda çıxış edən Xalq yazıçısı Anar qeyd edib ki, Dədə Qorqudun bizim üçün əhəmiyyəti onun bütün türk dünyasının abidəsi olmasıdır. Yazıçı Dədə Qorqud dastanını folklor nümunəsi kimi deyil, Azərbaycanın yazılı ədəbiyyat nümunəsi kimi qiymətləndirmək təklifi ilə AMEA Ədəbiyyat İnstitutunun rəhbərliyinə müraciət edib. O, həm də milləti olduğu kimi göstərən və qüsurlarını aradan qaldırmağa çalışan Mirzə Cəlilin, Sabirin Azərbaycan ədəbiyyatındakı önəmli yerindən söz açıb və onları "nadan" tənqidlərdən qorumağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31