Təlimdən keçən müəllimlər idman festivalları təşkil edəcək

"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsinin beşinci mövsümündə ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər başa çatdı.

Olaylar.az xəbər verir ki, TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgəəməkdaşlığı ilə həyata keçirilir.

Layihənin rəhbəri Vəli Musayev bildirib ki, təlimlərdə iştirak edən ibtidai sinif müəllimlərinə Sertifikatlar təqdim olunacaqdır.

Təlim iştirakçısı, 52 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Musayeva bildirib ki, təşkil edilən təlimlər onda dərin təəssürat yaradıb.

Təlimlərdə iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsulları ilə  açıq dərslər keçəcək və idman festivalları təşkil edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31