Azərbaycanda uşaq bağçaların özəlləşdiriməsinə icazə verilir

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə icazə verilir.

Bununla bağlı "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik təklif olunur.

Qüvvədə olan qanuna əsasən, indiyə qədər təhsil müəssisələrindən yalnız dövlət icbari ümumi orta təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan edilib. Dəyişikliyə görə, bundan sonra məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi qadağan ediləcək. Başqa sözlə, dövlət icbari ümumi orta təhsil müəssisələri ilə bərabər, dövlət ali məktəbləri, orta ixtisas və peşə təhsili müəssisələrinin də özəlləşdirilməsi qadağan olunur.

minval

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31