DGK-nın Akademiyasında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
12 Mart 2019 15:23 SosialDövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA)Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. "Olaylar" xəbər verir ki, aksiyada Akademiyanın rəisi Qulu Novruzov, bu ali təhsil ocağının professor-müəllim heyəti və inzibati heyətiiştirak edib. Akademiyanın inzibati binasının yerləşdiyi Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin yol kənarına 100-dək müxtəlif ağac növləri əkilib. Tədbir zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı evkalipt, şam, eldar şamı, küknar, kiparisvə digər ağac növləri əkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31