İlham Məmmədov: “İnsanların heysiyyatı, şəxsiyyəti, şərəfi ilə oynamaq olmaz”
12 Mart 2019 13:26 Sosial"Sosial şəbəkələrdə və bəzi media orqanlarında təhqirlərin, təhriflərin, ölkə, dövlət və dövlət rəhbərliyinin ünvanına qarayaxmaların baş alıb gedir". "Olaylar" xəbər verir ki, bumu millət vəkili İlham Məmmədov parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında çıxış edərkən deyib: "Bunlar yolverilməz və qəbuledilməzdir. İnsanların heysiyyatı, şəxsiyyəti, şərəfi ilə oynamaq olmaz. Ölkəmizdə bu qədər işlər görülür, hansı ki, dünyanın heç birində yoxdur. Amma bir qrup insan var ki, bunu görümür və görmək istəmir. Bir kəlmə olsun belə bunlardan danışmırlar. Amma bir balaca problem, nəsə olan kimi, dərhal onu şişirdir, təhqirlərə, qarayaxmalara başlayırlar. Ən pisi də odur ki, dövlətin üzərinə düşür, dövlətə çamur atırlar. Çox istərdik ki, bunlara son qoyulsun, təhqirlər, təhriflər, qarayaxmalar yığışdırılsın. Kimsəyə belə bir haqq verilməyib. Əsl, peşəkar jurnalistlər özləri də belələrinə qarşı çıxmalı, onların cavablarını verməlidirlər".