Deputat: “Ağa qara deməkdən usanın"”

"Yaxın Şərqdə, Avropada, Qafqazda baş verənlərlə Azərbaycanı müqayisə etsək, nə qədər stabil ölkədə yaşadığımızı görərik. Ölkəni sevmək, görülən işlərə qiymət vermək lazımdır". "Olaylar" xəbər verir ki,  bunu Milli Məclisin  Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında çıxış edərkən deyib. J. Əliyeva bildirib ki, son ay yarımda görülən işlər dünyanın heç bir ölkəsində yoxdur: "Hər birinizə səslənirik. Yetər artıq. Ağa qara deməkdən usanın! Ölkəmin hər hansı insanına atılan daş, təhqir məni yaralayır. Ölkəni, dövləti sevmək lazımdır. Son ay yarımda atılan addımlar  dünyanın heç bir inkişaf etmiş ölkəsində  yoxdur. Dünyanın heç bir ölkəsində bu qədər sərəncam imzalanmır, qanunlar qəbul olunmur. Son bir ayda 100-ə yaxın sərəncam imzalanıb. Hər birinin arxasında Azərbaycan insanı dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31