Azərbaycanda yeni DATA mərkəzi açıla bilər
12 Mart 2019 13:01 SosialYevlax rayonunda tikilməkdə olan ehtiyat DATA mərkəzi bu ilin iyul ayında fəaliyyətə başlaya bilər.
Bunu Bakıda "AzInTelecom"un direktor müavini Ceyhun Əliyev kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən "Dayanıqlı və təhlükəsiz bulud mühiti" konfransında deyib.
O qeyd edib ki, ehtiyat nüsxələmə çox vacib texnologiyadır və bunun köməyi ilə istənilən itirilmiş informasiyanı bərpa etmək olar:
"Elə şirkətlər var ki, onların öz İT infrastrukturları yoxdur, bu şirkətlər öz məlumatlarını Yevlaxda tikilən məlumat bazasında saxlaya bilər".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31