Deputat: “ Həssas ailələr diqqətdən kənarda qalmamalıdırlar”
12 Mart 2019 12:18 Sosial"Son 1 ayda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Rauf Əliyev komitənin martın 12-də keçirilən iclasında çıxış edərkən deyib. Son iki həftədə həm Qarabağ əlilləri, həm də şəhid ailələri ilə görüşdüyünü deyən deputat söyləyib ki, görüş zamanı sözügedən şəxslərin əsas istəkləri övladarının işlə təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması olub: "Mən bununla bağlı aidiyyatı qurumlara müraciət edərək bildirirəm ki, əgər uyğun iş varsa, mümkün qədər onları işlə təmin etməliyik. Şəhid ailələrinə xüsusi diqqət olunmalıdır. Həssas ailələr diqqətdən kənarda qalmamalıdırlar".