SÖZÜN VƏ ŞƏXSİYYƏTİN QÜDRƏTİ-

V A H İ D M Ə M M Ə D Lİ

Mənim ədəbiyyata gəlişim Böyük Anarın adı ilə bağlıdır.Yeniyetmə çağlarımda Anarın gözəl bir kitabı çap olunmuşdu-"Adamin adamı".Orda birinci səhifədə Anarın saqqallı bir şəkli də əks olunmuşdu.Anar yaradıcılığının ən gözəl əsərləri bu kitabda toplanmışdı...
Gənc və xarizmatik olmağımla bərabər saqqal saxlamağa başladım. Ən azı Anar kimi bir yazıçı olacağıma söz verdim..
Polis polkovniki olan atamın qəhrəmancasına həlak olmasından sonra mən özümə söz verdim ki, atam kimi bu dövlətin əsgəri olum.Onun yolunu davam etdirim.( Mənim ədəbiyyata gec gəlişimin də səbəbi bu idi)...
Amma tale üzüme güldü.Bu gün mən otuz ildir ki, dövlətinə sədaqətlə xidmət edən, onun qurucularından biri olan əsgər-polkovnikəm.
Eyni zamanda dünyada, xarici ölkələrdə ən çox çap olunan Azərbaycan yazıçılarından biriyəm.Mən dünyada ilk dəfə öz intellektual bilik və bacarıqları ilə, analitik, qlobal düşüncə tərzi ilə heç kimin bacara bilmədiyini həyata keçirən " Tunc Mələyin" müəllifi, tarixçilərimiz baş sındırdığı, hansı tarixi konsepsiyanı əsas götürməyin vacıb olduğuna qərar verə bilməyənlərin yol xəritəsi olan, bütün şərqin və Azərbaycanın ilk fentezi trilogiyası olan "Atropatena dastanının" yaradıcısıyam.
Bir daha qeyd edirəm ki, bütün bu ədəbi uğurlarla yanaşı mən həm də dövlətini, prezidentini, xalqını sevən bir əsgərəm. O əsgər ki, ədəbiyyat qəzetlərində, sayt və jurnallarında at oynadan, ədəbi prosesslərə mənasız məqalələr yazan ədəbiyyatşünaslarımız hüquqlarının qorunması üçün dəfələrlə mənə müracıət ediblər. Bu dövlət o dövlətdir ki, onun hər bir əsgəri hər bir vətəndaşının, az çox ziyalıyam deyənin keşiyində durur.Amma Ali, möhtəbər Sözü hörmətə mindirmək naminə.
Lakin, yuxarıda sadalıqladıqlarım, bozbaşlar, tele təlxəklər, şou biznes və araba şoularla xalq artisti adı qazananlar əsl söz əsgərlərini, ziyalıları kölgədə qoymağa, hətta ədəbsizcəsinə dövlətdən, onun rəhbərindən nə isə ummağa cəhd edib buna nail olurlar.
Bəli, əsl ziyalılar isə təvəzökarcasına öz əsgər və ziyalı borclarını heç nə ummadan yerinə yetirirlər. Ədəbiyyatı, kinonu, musiqini fədəkarlıqla ölməyə qoymayan Söz sahibləri susurlar...
Qüdrətli dövlətimiz, Qüdrətli prezidentimiz var.Zaman o zaman deyil. İnkişafa aparan islahatların getdiyi bir dövrdə mini market menecerini xatırladan kinostudiya rəhbərlərinin, "pəncərədən" girən ziyalıların, heç bir fundamental və bədii əsər yaratmadan yamsılamaqla özlərini Üzeyirlərə, Niyazilərə, Anar və Elçinlərə tay tutanlar bilməlidirlər ki, söz sahibi olmaq üçün heç olmasa bir cümləlik sözlər yaratmaq da bəzən bəs edir: Söz əməli sübut etmək üçün dəlilli və məntiqli olmalıdır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31