Rus qadınların ən çox sevdikləri... - Araşdırma

Rusiyalı qadınların hansı istirahət məkanlarını seçdikləri ilə bağlı araşdırma aparılıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər 2018-ci ilin matından bu ilin martınadək olan müddətdə satılan və sifariş verilən avibilet və turpaketləri araşdırıblar.

Məlum olub ki, rusiyalı qadınlar isti, dəniz olan və qonaqpərvərliklə qarşılandıqları ünvanlara üstünlük verirlər.

Qadın kompaniyalarının ən populyar şəhəri ölkə daxilində Krasnodar vilayətinin Gelencik şəhəridir. İkinci yerdə Soçi, üçdə Anapadır.

Bundan başqa, Kostroma, Yaroslavl, İvanovo, Kalininqrad və Kalmikiyanın paytaxtı Elista da sevilən ünvanlardır.

Rus qadınların səyahət etməyi xoşladığı xarici şəhərlər arasında Fransanın Niçça turist məkanı ilk sıradadır. İkinci yerdə Batum, üçüncü isə Romadır. Bu siyahıda Avropa şəhərləri olan Tivat, Larnaka, Burqas, Venesiya, Lissabon və Budapeşt də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31