Kürdəmirdə iki avtobus toqquşdu
12 Mart 2019 09:09 SosialKürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə gecə saatlarında, Bakı-Qazax avtomobil yolunun 190 km-də qeydə alınıb.
"Mercedes Vito" markalı mikroavtobus arxadan digər "Mercedes" markalı sərnişin avtobusuna çırpılıb və yol kənarına aşıb. Nəticədə 1993-cü il təvəllüdlü Şəmkir rayonu Düyərli kənd sakini
Rüfanə Akif qızı Aslanova, 1992-ci il təvəllüdlü Fərid Ayaz oğlu İsmayılzadə və 1959-cu il təvəllüdlü Akif Sayad oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Ucar rayonunda yol qəzası baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31